ABB-dən texnoloji güc nümayişi – yeni AI serverini işə saldı - Həssas məlumatlar artıq ölkə daxilində emal ediləcək
Azərbaycanın bank sektorunda süni intellekt infrastrukturunun inkişafına doğru mühüm addımÖlkəmizdə süni intellekt infrastrukturunu inkişaf etdirən ABB, “Dell PowerEdge XE9780” platforması əsasında çalışan və “8x NVIDIA HGX B200 GPU” ilə təchiz olunmuş yüksək performanslı AI serverinin məlumat mərkəzində quraşdırılmasını uğurla başa çatdırıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bu texniki imkan, xüsusilə həssas məlumatları ölkə xaricinə çıxarmadan böyük dil modelləri (LLM), AI agentləri, inferens və model təlimi də daxil olmaqla genişmiqyaslı süni intellekt layihələrini yerli infrastruktur üzərində icra etməyə şərait yaradır.
“NVIDIA Blackwell” arxitekturası əsasında qurulmuş “B200 GPU”-lar yüksək performans və genişmiqyaslı yaddaş ötürmə qabiliyyətinə malikdir. Sistem “16x E3.s NVMe” sürətli yaddaş, çoxnüvəli “Intel Xeon 6” prosessorlar və yüksəksürətli şəbəkə infrastrukturu ilə tamamlanıb.
Bu serverlərdən daha çox böyük dil modellərinin (LLM) və digər süni intellekt modellərinin öyrədilməsində, hazır modellərin işlədilməsində, məsələn, çatbot, səsli köməkçi, sənəd analizi, OCR, risk və fraud aşkarlanması, çox böyük data emalı və paralel hesablamalarda, bəzi hallarda klassik yüksək performanslı hesablama (HPC) işlərində istifadə olunur.
Qeyd edək ki, ABB hazırda 86-dan çox istifadəçi təcrübəsi üzrə 180-dan artıq süni intellekt modeli tətbiq edir. Bu modellər ABB üçün 50 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər


























