Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Via Nova Group”un xalis mənfəəti 3 dəfə, işçi sayı 160 nəfər azalıb

Şirkətin gəlirlərindən 15 milyon manat “əriyib”. 34 milyonluq gəlir 18,8 milyon manata düşüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Via Nova Group”un xalis mənfəəti 3 dəfə, işçi sayı 160 nəfər azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Via Nova Group” QSC (keçmiş "Təmiz Qaz" MMC) 2025-ci ili 3 milyon 356,9 min manat xalis mənfəətlə başa vurub. Şirkətin mənfəəti əvvəlki illə müqayisədə 6 milyon 519,2 min manat və ya 66% azalıb.

Marja.az Şirkətin 2025-ci il üzrə idarəetmə və konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Via Nova Group”un əsas əməliyyat gəlirlərində də ciddi geriləmə qeydə alınıb.

2024-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 34 milyon 91,8 min manat olduğu halda, 2025-ci ildə bu göstərici 18 milyon 794,6 min manata düşüb. Beləliklə, şirkətin gəlirləri bir il ərzində 15 milyon 297,2 min manat və ya 44,9% azalıb.

Satışın maya dəyəri 2 milyon 290,6 min manatdan 1 milyon 438,4 min manata geriləyib.

Nəticədə “Via Nova Group”un ümumi mənfəəti 2024-cü ildəki 31 milyon 801,2 min manatdan 2025-ci ildə 17 milyon 356,2 min manata düşüb. Ümumi mənfəətdə azalma 14 milyon 445 min manat və ya 45,4% təşkil edib.

Şirkətin əməliyyat mənfəəti 3 dəfə azalıb

Hesabat dövründə şirkətin inzibati xərcləri 19 milyon 287,1 min manatdan 13 milyon 97 min manata düşüb. Bu, təxminən 32,1%-lik azalma deməkdir.

Digər tərəfdən, kommersiya xərcləri 16,9 min manatdan 53,6 min manata yüksəlib.

Şirkətin 2025-ci ildə əməliyyat mənfəəti 4 milyon 198,8 min manat təşkil edib. 2024-cü ildə isə bu göstərici 12 milyon 478,2 min manat idi. Beləliklə, əməliyyat mənfəəti 8 milyon 279,4 min manat və ya 66,4% azalıb.

Vergiqoymadan əvvəl mənfəət də 12 milyon 484,7 min manatdan 4 milyon 198,8 min manata düşüb.

Şirkət 2025-ci ilin nəticələrinə görə 841,8 min manat mənfəət vergisi hesablayıb. Bir il əvvəl mənfəət vergisi xərci 2 milyon 496,9 min manat olmuşdu.

Bunun nəticəsində “Via Nova Group”un xalis mənfəəti 9 milyon 876,2 min manatdan 3 milyon 356,9 min manata enib.

Başqa sözlə, şirkətin xalis mənfəəti bir ildə təxminən 3 dəfə azalıb.

Mənfəət marjası da aşağı düşüb

Maliyyə göstəricilərindən hesablanır ki, şirkətin xalis mənfəət marjası 2024-cü ildə təxminən 29% olduğu halda, 2025-ci ildə 17,9%-ə geriləyib.

Əməliyyat mənfəətinin gəlirlərə nisbəti isə təxminən 36,6%-dən 22,3%-ə düşüb.

Bu göstəricilər gəlirlərin azalmasının şirkətin mənfəətliliyinə əhəmiyyətli təsir göstərdiyini göstərir.

İşçi sayı 545 nəfərdən 385 nəfərə düşüb

“Via Nova Group”un idarəetmə hesabatında şirkətin işçilərinin sayında il ərzində ardıcıl azalma olduğu görünür.

2025-ci ilin:

I rübünün sonunda – 545 nəfər,

II rübünün sonunda – 496 nəfər,

III rübünün sonunda – 457 nəfər,

IV rübünün sonunda – 385 nəfər

işçi çalışıb.

İş elanları AzVak.az-da

Beləliklə, birinci rübün sonu ilə müqayisədə ilin sonunda işçilərin sayı 160 nəfər və ya 29,4% azalıb.

İşçi heyəti üzrə xərclər də 2024-cü ildəki 13 milyon 468,3 min manatdan 2025-ci ildə 8 milyon 768,6 min manata düşüb. Azalma 4 milyon 699,6 min manat və ya təxminən 34,9% təşkil edib.

Şirkətin cəmi əməliyyat xərcləri isə 21 milyon 800,9 min manatdan 14 milyon 657,7 min manata qədər azalıb.

Aktivlər artıb, pul vəsaitləri təxminən 3 dəfə yüksəlib

Gəlir və mənfəətdə ciddi azalmaya baxmayaraq, “Via Nova Group”un aktivlərinin həcmi artıb.

Şirkətin cəmi aktivləri 2024-cü ilin sonundakı 10 milyon 63,9 min manatdan 2025-ci ilin sonunda 10 milyon 446 min manata yüksəlib. Artım 3,8% təşkil edib.

Uzunmüddətli aktivlər 2 milyon 668,8 min manatdan 2 milyon 283,7 min manata azalıb.

Qısamüddətli aktivlər isə əksinə, 7 milyon 395,1 min manatdan 8 milyon 162,3 min manata yüksəlib.

Diqqətçəkən dəyişiklik şirkətin pul vəsaitlərində qeydə alınıb. Pul vəsaitləri və onların ekvivalentləri 457,4 min manatdan 1 milyon 340,8 min manata çatıb. Beləliklə, şirkətin pul ehtiyatları bir ildə 193,1% və ya təxminən 3 dəfə artıb.

Debitor borcları 5 milyon 9,2 min manatdan 5 milyon 285,2 min manata yüksəlib.

Ehtiyatlar isə 1 milyon 532,4 min manatdan 1 milyon 375,1 min manata geriləyib.

Öhdəliklər 17% artıb

2025-ci ilin sonunda “Via Nova Group”un cəmi öhdəlikləri 1 milyon 829,1 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 559,4 min manat idi.

Beləliklə, şirkətin öhdəlikləri 17,3% artıb.

Vergi və digər məcburi ödənişlər üzrə öhdəliklər 325,9 min manatdan 432,7 min manata, qısamüddətli kreditor borcları isə 202,3 min manatdan 271,3 min manata yüksəlib.

Şirkətin maliyyə hesabatında uzunmüddətli öhdəlik göstərilməyib.

“Via Nova Group”un kapitalı 2025-ci ilin sonunda 8 milyon 616,8 min manat təşkil edib. Bunun 8 milyon 614,7 min manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.

Şirkətin kapitalı aktivlərinin təxminən 82,5%-nə bərabərdir.

67 şəhər və rayonda fəaliyyət göstərir

İdarəetmə hesabatına əsasən, “Via Nova Group”un filial və nümayəndəlikləri yoxdur. Bununla belə, şirkətin strukturunda ölkənin 67 şəhər və rayonunu əhatə edən 10 regional mərkəz fəaliyyət göstərir.

Bunlar Bakı və Abşeron, Sumqayıt, Gəncə, Xaçmaz, Ağsu, Lənkəran, Mingəçevir, Zaqatala, Şirvan və Şəmkir regional mərkəzləridir.

Şirkət əsasən qaz infrastrukturu ilə bağlı texniki xidmətlər göstərir. Fəaliyyət istiqamətlərinə yeraltı və yerüstü qaz kəmərlərinin, qaz avadanlıqlarının, yeraltı quyuların və digər infrastrukturun texniki baxışı, sazlanması və cari təmiri daxildir.

Şirkət xüsusi avadanlıqlarla təchiz edilmiş avtomobillər, mobil qurğular, detektorlar, yeraltı kabel və boruların yerini müəyyənləşdirən cihazlar vasitəsilə qaz kəmərlərində texniki baxış keçirilməsi və qaz sızmalarının aşkarlanması xidmətləri də göstərir.

“Via Cleaning”də 50% paya sahibdir

Hesabata görə, “Via Nova Group” 19 avqust 2021-ci ildə təsis edilmiş “Via Cleaning” MMC-də 50% paya malikdir.

Şirkətin bir səhmdarı var. İdarəetmə hesabatında “Via Nova Group”un səhmlərinin 100%-nin Günay Mehdi qızı Səmədovaya məxsus olduğu göstərilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

21.08.2026 13:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19