Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur
2015-ci ildən etibarən Mastercard-da yüksək vəzifələrdə çalışan Avşar Gürdal yeni dövrdə Mastercard Şərqi Avropa regionunun prezidenti vəzifəsini icra edəcək.
Daha əvvəl Mastercard Türkiyə və Azərbaycan üzrə baş meneceri vəzifəsində çalışan Gürdal regiondakı təcrübəsi ilə Mastercard-ın Şərqi Avropadakı 12 ölkəsinə rəhbərlik edəcək.
XXX
Ödəniş texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan Mastercard Şərqi Avropa regionunda yüksək səviyyəli təyinat həyata keçirib. Daha əvvəl Mastercard Türkiyə və Azərbaycan üzrə baş meneceri vəzifəsində çalışan, daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar, Risk və Analitika üzrə baş vitse-prezident vəzifəsini icra edən Avşar Gürdal sentyabrın 1-dən etibarən Mastercard Şərqi Avropa regionunun prezidenti vəzifəsinə başlayacaq.
Gürdal yeni vəzifəsində Mastercard-ın Şərqi Avropa regionunda biznes strategiyasının formalaşdırılması və həyata keçirilməsinə, regional inkişaf prioritetlərinin reallaşdırılmasına, müştərilər və biznes tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə, eləcə də ödəniş texnologiyaları ekosistemində innovativ həllərin daha geniş tətbiqinə cavabdeh olacaq.
Mastercard Türkiyə və Azərbaycan üzrə baş meneceri olduğu dövrdə Gürdal şirkətin hər iki bazarda strateji prioritetlərinin həyata keçirilməsinə, rəqəmsal ödəniş həllərinin daha geniş yayılmasına və Azərbaycanda nağdsız ödəniş ekosisteminin inkişafına töhfə verib. Mastercard daxilində müxtəlif rəhbər vəzifələrdə qazandığı təcrübəyə əsaslanaraq, Gürdal yeni vəzifəsində Şərqi Avropanın dinamik və sürətlə inkişaf edən bazarlarında şirkətin inkişaf yolunu daha da irəli aparmağı hədəfləyəcək.
Avşar Gürdal kimdir?
Karyerasına Unilever-də başlayan Avşar Gürdal PRG və Value Partners şirkətlərində çalışdıqdan sonra 2015-ci ildə Mastercard Advisors-a qoşulub. 2016-cı ildə Mastercard-da Müştəri Münasibətlərinin İdarə Edilməsi üzrə direktor təyin olunan Gürdal 2019-cu ildə Mastercard Türkiyə üzrə vitse-prezident vəzifəsini icra etməyə başlayıb. 2022-ci ildə Mastercard Türkiyə və Azərbaycan üzrə baş menecer təyin olunan Gürdal daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar və Analitika üzrə baş vitse-prezident vəzifəsində çalışıb.
Gürdal Boğaziçi Universitetinin Maşın mühəndisliyi fakültəsinin məzunudur və Koç Universitetində MBA dərəcəsi alıb.
Mastercard haqqında
Mastercard olaraq dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatları və insanları gücləndirmək üçün çalışırıq. Müştərilərimizlə birlikdə hər kəsin faydalana biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Geniş çeşiddə rəqəmsal ödəniş imkanları təqdim edərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz bir araya gələrək insanların, bizneslərin və dövlət qurumlarının öz ən yüksək potensiallarını reallaşdırmasına kömək edən unikal məhsul və xidmətlər portfeli təqdim edir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
23 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 5 d. əvvəl
-
7 d. əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 29 d. əvvəl
- 33 d. əvvəl
- 44 d. əvvəl
-
59 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
2 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
3 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Ən çox oxunanlar
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb






















