Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycanın "Prime Cotton" şirkəti Özbəkistanla investisiya və ixrac üçün masaya oturdu. "Prime Cotton" MMC-nin Baş İcraçı direktoru Tural Əlizadə: "Biz bugünkü görüşə praktiki əməkdaşlığın başlanğıcı kimi baxırıq. Məqsədimiz müzakirələri konkret layihələrə çevirməkdir”Özbəkistan Respublikasının Namanqan vilayətinin hakimi Şovkat Şokircanoviç Abdurazakovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində "Prime Cotton" şirkətini ziyarət edib.
Nümayəndə heyətini salamlayan "Prime Cotton" MMC-nin Baş İcraçı direktoru Tural Əlizadə Azərbaycan və Özbəkistan arasında mövcud tarixi və mədəni yaxınlığın bu gün iqtisadi, sənaye, təhsil və investisiya sahələrində inkişaf edən əməkdaşlıqla daha da möhkəmləndiyini bildirib. O, xüsusilə pambıqçılıq və tekstil sənayesində tərəflərin malik olduğu təcrübə və potensialın yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb.
"Məqsədimiz müzakirələri konkret layihələrə çevirməkdir”
Tural Əlizadə çıxışında bildirib:
“Biz bugünkü görüşə sadəcə tanışlıq kimi deyil, praktiki əməkdaşlığın başlanğıcı kimi baxmaq istərdik. Namanqanın güclü tekstil və sahibkarlıq potensialı ilə "Prime Cotton"un pambığın bütün dəyər zənciri üzrə formalaşdırdığı təcrübənin bir araya gəlməsi qarşılıqlı faydalı layihələr üçün real imkanlar yarada bilər. Məqsədimiz müzakirələri konkret təşəbbüslərə və uzunmüddətli tərəfdaşlığa çevirməkdir.”
Görüş zamanı tərəflər pambıqçılıq və tekstil sənayesi üzrə əməkdaşlıq perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi, müasir istehsal və aqrotexnologiyaların tətbiqi, tekstil müəssisələri və klasterləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də potensial investisiya və ixrac imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə təhsil və peşəkar kadr hazırlığı sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub. Bu çərçivədə Namanqan Dövlət Texniki Universiteti ilə birgə layihələrin həyata keçirilməsi, sənaye ilə təhsil arasında praktiki əməkdaşlığın genişləndirilməsi, tələbə və mütəxəssislər üçün təcrübə proqramlarının təşkili imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinə "Prime Cotton"un fəaliyyəti və istehsal potensialı barədə ətraflı məlumat verilib. Bildirilib ki, şirkət pambığın dəyər zəncirinin müxtəlif mərhələlərində — kənd təsərrüfatı və aqronomiyadan başlayaraq pambığın emalı, lif və iplik istehsalına qədər fəaliyyət göstərir. Eyni zamanda müasir texnologiyaların tətbiqi, mexanizasiya, su resurslarından səmərəli istifadə, məhsul keyfiyyətinin yüksəldilməsi və dayanıqlı inkişaf "Prime Cotton"un əsas fəaliyyət istiqamətləri sırasındadır.
Müzakirələrdə Özbəkistanın tekstil sənayesində formalaşdırdığı təcrübə ilə Azərbaycanın pambıqçılıq və tekstil sektorundakı potensialının qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yarada biləcəyi qeyd olunub. Tərəflər mövcud imkanların konkret əməkdaşlıq təşəbbüslərinə çevrilməsinin və qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş gələcək əməkdaşlıq perspektivləri, qarşılıqlı maraq doğuran istiqamətlər və potensial birgə təşəbbüslər ətrafında məhsuldar fikir mübadiləsi ilə yekunlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR


























