"AzInTelecom" beynəlxalq nüfuza malik təşkilata üzv qəbul edilib
“AzInTelecom” beynəlxalq CERT şəbəkəsinə daxil oldu.Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) dəstəyi və tövsiyəsi ilə AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) kimi kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, "FIRST" üzvlüyü "AzInTelecom" MMC-nin beynəlxalq CERT icması ilə əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübə və bilik mübadiləsinin aparılması, habelə kibertəhdidlər və insidentlər barədə məlumat mübadiləsi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda, nəqliyyat sektorunun kiberdayanıqlılığının gücləndirilməsinə və sektorda kibertəhlükəsizlik üzrə institusional imkanların inkişafına töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10 avqust 2026-cı il tarixində təsdiq edilmiş qanunvericilik dəyişiklikləri ilə CERT və SOC-ların fəaliyyətinin hüquqi və institusional əsasları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, Milli CERT və sahə üzrə CERT-lər arasında məlumat mübadiləsi və koordinasiya mexanizmləri müəyyən edilib. Yeni tələblər CERT-lərin insidentlərin aşkarlanması və idarə edilməsi, real vaxt rejimində monitorinq, kibertəhdidlər barədə məlumatların toplanması və təhlili, habelə proaktiv kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə imkanlarının formalaşdırılmasını nəzərdə tutur.
Bu yanaşma kibertəhlükəsizliyin milli səviyyədə vahid koordinasiya ilə yanaşı, ayrı-ayrı sahələrin xüsusiyyətlərini nəzərə alan ixtisaslaşmış CERT-lər vasitəsilə təmin edilməsinə, kibertəhdidlərin daha erkən aşkarlanmasına və insidentlərə çevik cavab verilməsinə imkan yaradır. "AzInTelecom" MMC-nin nəqliyyat sektoru üzrə sahəvi CERT kimi FIRST-ə üzv olması bu istiqamətdə atılmış mühüm addımlardan biridir.
Milli Kibertəhlükəsizlik Agentliyi davamlı olaraq bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir, qanunvericilik aktlarının beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğunlaşdırılması istiqamətində təşəbbüslər irəli sürür. Ölkədə kibertəhlükəsizliyin və kiberdayanıqlılığın gücləndirilməsi, sahəvi CERT-lərin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























