Turistlərin şikayətləri üçün yeni mübahisə həlli mexanizmi yaradılacaq
Turistlərin hotel və turizm şirkətləri ilə mübahisələri yeni qaydada həll ediləcək. Turistin hüququnu pozan şirkətlərə nəzarət gücləndiriləcək.Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda turizm xidmətlərindən istifadə edən şəxslərin hüquqlarının daha effektiv qorunması üçün yeni mübahisə həlli mexanizminin yaradılması planlaşdırılır.
2027–2030-cu illərdə turizm sektorunda istehlakçı hüquqlarının pozulması hallarının xarakteri təhlil ediləcək. Araşdırmanın nəticələri əsasında müvafiq normativ hüquqi akt layihələri hazırlanacaq.
Yeni mexanizm hotellər, turizm şirkətləri, turagentlər, turoperatorlar və turistlər arasında xidmət keyfiyyəti, ödəniş, rezervasiya, xidmətin ləğvi və müqavilə şərtləri ilə bağlı yaranan mübahisələrin daha operativ həllinə yönələcək.
Müraciətlərin məhkəmədənkənar alternativ və ya xüsusi institusional mexanizmlər vasitəsilə həlli nəzərdə tutulur. Bununla turistlərin şikayətlərinə baxılmasının sürətləndirilməsi və xidmət təminatçılarının məsuliyyətinin artırılması hədəflənir.
Tənzimləmə turizm bazarında istehlakçı etimadının yüksəldilməsinə, haqsız rəqabət hallarının azalmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 33 d. əvvəl
-
50 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
2 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®




























