Dağ bələdçiləri sertifikatsız işləyə bilməyəcəklər
Azərbaycanda dağ bələdçiləri üçün sertifikatlaşdırma sistemi yaradılacaq. Həmçinin Azərbaycanda dağ turizmi üçün sərt təhlükəsizlik sistemi hazırlanacaq.Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, dağ və macəra turizmi üzrə çalışan bələdçilərin fəaliyyətinin peşəkar standartlar əsasında tənzimlənməsi planlaşdırılır.
2027–2030-cu illərdə dağ və macəra turizminin mövcud vəziyyəti, beynəlxalq standartlar və bu sahədəki peşə ehtiyacları qiymətləndiriləcək.
Qiymətləndirmənin nəticələri əsasında dağ bələdçiləri üçün peşə standartları və sertifikatlaşdırma mexanizmi hazırlanacaq. Sistem ilk yardım, turist qruplarının idarə edilməsi, marşrut planlaşdırılması və risklərin qiymətləndirilməsini əhatə edəcək.
Dağlarda baş verə biləcək fövqəladə hadisələr zamanı operativ koordinasiya və xilasetmə xidmətləri ilə qarşılıqlı fəaliyyət mexanizmi də formalaşdırılacaq.
Əsas məqsəd beynəlxalq standartlara uyğun peşəkar dağ bələdçiliyi və təhlükəsizlik sisteminin yaradılmasıdır.
Yeni sistemin ekstremal turizm xidmətlərinin təhlükəsizliyini yüksəltməsi, qeyri-peşəkar fəaliyyət hallarını azaltması və Azərbaycanın dağ turizmi üzrə etibarlı destinasiya kimi tanınmasına kömək etməsi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR



























