Özbəkistan bankı Azərbaycan bankının nəzarətinə keçdi - Rəsmi açılışı oldu
Azərbaycanın ən böyük bankı ABB-nin Özbəkistan bazarına girişini təmin edən “Davr Bank” layihəsinin rəsmi açılışı keçirilib.
Marja.az xəbər verir ki, avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev layihənin açılışında onlayn formatda iştirak ediblər. “Davr Bank” rəsmi məlumatda Azərbaycan Respublikasının Beynəlxalq Bankının – ABB-nin Özbəkistanda həyata keçirdiyi layihə kimi təqdim olunub.
Açılış ABB-nin Özbəkistan bank bazarına daxil olması istiqamətində aylardır davam edən prosesin əməli mərhələyə keçdiyini göstərir. Avqustun 22-də iqtisadiyyat naziri Mikayıl Cabbarov ABB-nin “Davr Bank”ın nəzarət səhm paketini əldə etməsinə dair müqavilənin imzalanacağını açıqlamışdı.
ABB bankın 51 faizini alır
ABB daha əvvəl “Davr Bank”ın nizamnamə kapitalında 51 faizlik nəzarət payını əldə edəcəyini açıqlayıb. Sövdələşmə çərçivəsində Azərbaycan bankının yatıracağı investisiyanın 100 milyon ABŞ dollarını ötəcəyi bildirilmişdi.
Planlaşdırılan korporativ dəyişikliklər başa çatdıqdan sonra bankın Özbəkistanda “ABB Davr Bank” adı altında fəaliyyət göstərməsi nəzərdə tutulur. ABB rəhbərliyinin məlumatına görə, “Davr Bank”ın 1,4 milyondan çox müştərisi və ölkə üzrə 43 bank xidməti məntəqəsi var. Bank 2001-ci ildən fəaliyyət göstərir.
Aktivləri 1,1 milyard dolları ötür
Özbəkistan Mərkəzi Bankının 1 iyul 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, “Davr Bank” aktivlərinin həcminə görə ölkədə 20-ci yeri tutur.
Hesabat tarixinə bankın:
- aktivləri 13,195 trilyon sum – təxminən 1,11 milyard dollar;
- kredit portfeli 9,335 trilyon sum – təxminən 788 milyon dollar;
- kapitalı 2,395 trilyon sum – təxminən 202 milyon dollar;
- depozit portfeli 4,895 trilyon sum – təxminən 413 milyon dollar təşkil edib.
“Davr Bank” Özbəkistan bank sektorunun aktiv və kreditlərinin təxminən 1 faizinə, kapitalının isə 2 faizinə nəzarət edir.
ABB əlavə 23 faizi də ala bilər
“Davr Bank”ın səhmdarları iyunun 8-də keçirilmiş ümumi yığıncaqda 51 faizlik payın ABB-yə satılmasını nəzərdə tutan sövdələşmənin əsas şərtlərini razılaşdırıblar. Tərəflər gələcəkdə ABB-yə əlavə 23 faizlik səhm paketini almaq hüququ verə biləcək opsion sazişinin mümkünlüyünü də müzakirə ediblər.
Bu imkan reallaşarsa, ABB-nin “Davr Bank”dakı payı 74 faizə qədər yüksələ bilər. Lakin əlavə səhm paketinin alınması barədə hələ yekun qərar açıqlanmayıb.
ABB bankı necə dəyişəcək?
Özbəkistan Mərkəzi Bankının məlumatına görə, ABB “Davr Bank”da kiçik və orta biznesin maliyyələşdirilməsi, mikromaliyyələşmə, rəqəmsal transformasiya və süni intellekt həllərinin tətbiqi üzrə təcrübəsindən istifadə etməyi planlaşdırır. Məqsəd “Davr Bank”ı müasir texnologiyalar və qabaqcıl bankçılıq təcrübələri əsasında Özbəkistanın aparıcı maliyyə institutlarından birinə çevirməkdir.
“Fitch Ratings” sövdələşmənin ABB-nin kredit profilinə neytral təsir göstərəcəyini, eyni zamanda bankın biznesini şaxələndirmək və daha yüksək gəlirlilik potensialına malik bazarlara çıxmaq strategiyasına uyğun olduğunu bildirib. “Moody’s” isə “Davr Bank” investisiyasının ABB-nin aktivlərinin təxminən 12 faizinə bərabər olduğunu qeyd edib.
Qeyd edək ki, açılış barədə rəsmi məlumatda 51 faizlik payın yekun alış qiyməti və bankın “ABB Davr Bank” adına keçəcəyi tarix açıqlanmayıb. 100 milyon dollardan çox investisiya və yeni brend adı ABB rəhbərliyinin əvvəlki açıqlamalarına əsaslanır.
Müştərilərin xəbərləri
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
5 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
-
1 saat əvvəl
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
-
2 saat əvvəl
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
-
3 saat əvvəl
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Landau” sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
Ən çox oxunanlar
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ
"Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq"
SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər
"500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib"






















