970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsini 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyən xüsusi proqram qəbul ediblər.

Marja.az xəbər verir ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram” avqustun 23-də Daşkənddə keçirilən mərasimdə mübadilə olunub.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə ediblər.

Eyni zamanda, nazirlər iki ölkə arasında investisiya və ticarət layihələrinin həyata keçirilməsini nəzərdə tutan Praktiki Fəaliyyət Planını – “Yol Xəritəsi”ni də mübadilə ediblər. Beləliklə, tərəflər yalnız ticarət üzrə yekun hədəfi deyil, həmin göstəriciyə çatmaq üçün konkret layihə və tədbirlərin icra mexanizmini də müəyyənləşdiriblər.

Mərasim Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilib.

1 milyard dollarlıq hədəfə 205 milyon dollar qalıb

Azərbaycan Prezidenti İlham Əliyevin açıqladığı məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb.

Bu göstərici nəzərə alındıqda, 2030-cu il üçün müəyyənləşdirilmiş 1 milyard dollarlıq hədəfə çatmaq üçün qarşılıqlı ticarətin daha 205 milyon dollar və ya təxminən 25,8 faiz artırılması tələb olunur.

2026-cı ilin yanvar-may aylarında isə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Prezident İlham Əliyevin açıqlaması

Yeni proqram qarşılıqlı mal dövriyyəsinin genişləndirilməsi, ixrac imkanlarının artırılması, biznes subyektləri arasında birbaşa əlaqələrin gücləndirilməsi və ticarət qarşısındakı maneələrin aradan qaldırılması üçün institusional baza yaradacaq.

İnvestisiya layihələri ticarəti dəstəkləyəcək

Ticarət dövriyyəsinin artırılmasında birgə investisiya layihələrinin əsas hərəkətverici qüvvələrdən biri olacağı gözlənilir. Azərbaycanda 130-dan çox Özbəkistan şirkəti fəaliyyət göstərir. Özbəkistan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə də cəlb olunublar. 

Bundan başqa, ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti iki ölkədə sənaye, kənd təsərrüfatı, logistika, turizm və digər sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün fəaliyyət göstərir.

Yeni Proqram və “Yol Xəritəsi” Azərbaycanla Özbəkistan arasında sürətlə genişlənən investisiya əməkdaşlığının qarşılıqlı ticarətin həcminə çevrilməsini sürətləndirməyi hədəfləyir.

23.08.2026 21:49
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19