Volkswagen-də dərin böhran: İşçilər rəhbərliyə etimadın sarsıldığını bildirir
Almaniyanın avtomobil nəhəngi Volkswagen iş yerlərinin ixtisarı və zavodların bağlanması planları fonunda tarixinin ən ciddi böhranlarından biri ilə üzləşib.
Marja xəbər verir ki, şirkətin Volfsburqdakı baş qərargahında rəhbərliklə Həmkarlar İttifaqı arasında fövqəladə görüşlər keçirilir. Əsas müzakirə mövzusu xərclərin kəskin azaldılması proqramıdır. Məlumata görə, əlavə 50 min iş yerinin itirilməsi və Almaniyadakı beş zavodun bağlanması ehtimalı gündəmdədir.
Volkswagen-də Həmkarlar İttifaqının sədri Daniela Cavallo 10 mindən çox əməkdaşın iştirak etdiyi toplantıda şirkətin baş direktoru Oliver Blume və ali rəhbərliyə etimadın ciddi şəkildə zədələndiyini bildirib. Həmkarlar İttifaqının nümayəndələri Almaniyadakı zavodların bağlanmasını qəti şəkildə rədd edir.
Blume isə geri addım atılmayacağına işarə edib. Onun sözlərinə görə, Volkswagen təxminən 3,8%-lik hazırkı mənfəət marjası ilə gələcək layihələrini maliyyələşdirə bilməz. CEO şirkətin problemlərinin əsas səbəbləri sırasında Çin istehsalçılarının sərt rəqabətini, Almaniyada bahalı istehsal güclərini və ABŞ gömrük tariflərinin yaratdığı milyardlarla dollarlıq əlavə xərcləri göstərib.
Şirkət daxilində narazılıq da artır. Həkarlar İttifaqı nümayəndələri rəhbərliyin yenidənqurma planları barədə kifayət qədər məlumat vermədiyini bildirərək avqustun sonunadək Volfsburq, Tsvikau və Kassel-Baunatal daxil olmaqla doqquz ayrıca məlumatlandırma toplantısının keçirilməsini tələb ediblər.
Aşağı Saksoniya əyalətinin Baş naziri Olaf Lies zavodların bağlanmasının qəbuledilməz olduğunu bildirib. Almaniyanın ən böyük həmkarlar ittifaqı IG Metall isə rəhbərlik ixtisar və zavodların bağlanması planlarında israr edərsə, genişmiqyaslı və sərt etiraz aksiyalarına başlayacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 33 d. əvvəl
-
50 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
2 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®



























