Anthropic IPO-da 100 milyard dollar toplamaq və 2 trilyon dollarlıq dəyərə çatmaq istəyir
Claude süni intellekt modelinin yaradıcısı olan Anthropic şirkəti qarşıdakı IPO zamanı investorlara süni intellekt texnologiyalarının xidmət göstərə biləcəyi ümumi bazarın 30 trilyon dollardan artıq ola biləcəyini təqdim etməyə hazırlaşır.
Marja xəbər verir ki, bu barədə Wall Street Journal məlumat yayıb.
Anthropic süni intellekt bazarının həcmini 30 trilyon dollardan yuxarı göstərməyi hədəfləyir.
Birjaya çıxmağa hazırlaşan texnologiya şirkətləri böyümə potensiallarını nümayiş etdirmək üçün “ümumi ünvanlana bilən bazar” (Total Addressable Market — TAM) adlanan göstəricidən tez-tez istifadə edirlər.
Elon Maskın raket və kosmik texnologiyalar şirkəti SpaceX may ayında yayımladığı emissiya prospektində 28,5 trilyon dollarlıq bazar imkanına diqqət çəkmiş, bunun 26,5 trilyon dollarını süni intellektlə bağlı imkanların payına aid etmişdi.
“The Wall Street Journal”a danışan məsələyə yaxın mənbələrin bildirdiyinə görə, Anthropic təkcə bu rekordu yeniləməyi deyil, eyni zamanda səhmlərinin ilkin kütləvi təklifi (IPO) zamanı 100 milyard dollar vəsait cəlb etməyi və 2 trilyon dollarlıq bazar kapitallaşmasına çatmağı hədəfləyir.
S&P 1500 indeksinə daxil olan 191 texnologiya şirkətinin ötən il ümumilikdə cəmi 2,4 trilyon dollar gəlir əldə etməsi Anthropic-in 30 trilyon dollardan artıq bazar vizyonunun nə qədər iddialı olduğunu göstərir.
Wall Street ekspertləri SpaceX və Anthropic kimi şirkətlərin süni intellekt bazarı üçün irəli sürdükləri bu rəqəmlərin inandırıcılıq sərhədlərini aşdığını bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
59 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
























