Hörmüz boğazı ilə bağlı ümidverici xəbər gəldi — Brent nefti 87 dollardan aşağı düşdü
Neft Hörmüz boğazı ilə bağlı nikbinlik fonunda 2% ucuzlaşıbNeft qiymətləri İran və Oman arasında Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqların yenidən başlamasından sonra boğazın yenidən açıla biləcəyi gözləntiləri fonunda çərşənbə günü təxminən 2%-dən çox azalıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 09:10-aolan məlumata görə, Brent markalı neftin fyuçersləri 2,3% ucuzlaşaraq bir barel üçün 86,53 dollara, ABŞ-ın WTI markalı xam nefti isə 1,8% geriləyərək 80,87 dollara düşüb. Hər iki göstərici çərşənbə axşamı 3%-dən çox dəyər itirmişdi.
İran və Oman qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında nəqliyyatın idarə olunması ilə bağlı danışıqlar aparırlar.
İki ölkə çərşənbə axşamı boğazdan keçid üçün “müvəqqəti birgə dəhliz”in yaradılmasını müzakirə etdiklərini və bölgənin minalardan təmizlənməsi məsələsində razılığa gəldiklərini açıqlayıblar.
“Fujitomi Securities”in analitiki Mitsuru Muraishi bildirib ki, İran-Oman danışıqlarında irəliləyişə dair ümidlər neft bazarında satışları gücləndirib. Bununla belə, qeyri-müəyyənliyin davam etməsi qiymətlərin aşağı səviyyələrində alışları dəstəkləyir.
Analitikin fikrincə, neft qiymətləri bir müddət müəyyən qiymət diapazonunda hərəkət edə bilər.
Digər tərəfdən, Hörmüz boğazının girişində bir neft tankerinin naməlum obyektlə vurularaq sıradan çıxarılması regiondakı risklərin tam aradan qalxmadığını göstərib.
ABŞ-da isə Amerika Neft İnstitutunun (API) məlumatlarına əsasən, avqustun 21-də başa çatan həftədə xam neft ehtiyatları 4,2 milyon barel artıb. Bazarın gözləntisi ehtiyatların təxminən 600 min barel yüksəlməsi istiqamətində idi.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) rəsmi neft ehtiyatları ilə bağlı məlumatları bu gün açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
59 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər

























