Hyundai 100-dən çox yeni və yenilənmiş modeli bazara çıxaracaq
Hyundai Motor Company qlobal rəqabəti gücləndirmək üçün 100-dən çox yeni və yenilənmiş avtomobil modelini bazara çıxarmağa hazırlaşır.
Marja xəbər verir ki, Şirkətin baş direktoru José Muñoz planı Seulda keçirilən İnvestor Günündə açıqlayıb.
Strategiyanın əsas məqsədlərindən biri ABŞ-də Toyota ilə rəqabəti gücləndirmək, digər qlobal bazarlarda isə daha ucuz Çin avtomobillərinin sürətli ekspansiyasına qarşı mövqeləri qorumaqdır. Hyundai orta ölçülü pikaplar və yüngül kommersiya avtomobilləri də daxil olmaqla 18 yeni seqmentə daxil olacaq.
Şirkət ABŞ bazarına 58 yeni və yenilənmiş model, Avropaya 41, Hindistana 26, Çinə isə 22 model təqdim etməyi planlaşdırır. Tam elektrikli avtomobillərə qlobal tələbin zəifləməsi fonunda Hyundai elektrik, hibrid və məsafəsi uzadılmış elektrik avtomobilləri (EREV) arasında məhsul balansını yenidən qurur.
ABŞ-də yanacağın bahalaşmasının hibrid avtomobillərə marağı artırdığını nəzərə alan şirkət 2030-cu ilədək bu bazarda hibrid modellərinin sayını 10-dan yuxarı qaldıracaq.
Hyundai eyni zamanda ABŞ Prezidenti Donald Trampın avtomobil tariflərinin təsirini azaltmaq üçün Şimali Amerikada yerli ehtiyat hissələri təminatının payını hazırkı 60%-dən 80%-ə yüksəltməyi planlaşdırır. Qlobal istehsal gücü isə 2030-cu ilədək əlavə 1,3 milyon avtomobil artırılacaq.
Yaxın səkkiz ayda yeni Tucson Hybrid, tam elektrikli Ioniq 3 və Alabama zavodunda istehsal ediləcək, bir enerji doldurması ilə 966 kilometrdən çox məsafə qət edə biləcək Santa Fe EREV daxil olmaqla yeddi yeni model satışa çıxarılacaq.
Hyundai-nin premium markası Genesis də ilk hibrid SUV modeli GV80-i və 1 030 kilometrdən çox yürüşə malik olacaq EREV avtomobilini təqdim etməyə hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
59 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























