15 milyon manatlıq istiqrazlara 60,7 milyon manatlıq tələb - “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq
İnvestorlar “Ziraat Bank Azərbaycan” istiqrazlarına 4 dəfə artıq sifariş verdi.“Ziraat Bank Azərbaycan” ASC-nin 15 milyon manat həcmində istiqraz buraxılışına investorlar tərəfindən 60,7 milyon manata yaxın sifariş verilib.
Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, AZ2001019606 ISIN kodlu istiqrazların yerləşdirilməsi 26 avqust 2026-cı il tarixində həyata keçirilib.
İstiqrazların buraxılış həcmi 15 milyon manat olsa da, abunə yazılışı zamanı təqdim edilmiş sifarişlərin ümumi nominal məbləği 60 milyon 656,5 min manat təşkil edib.
Beləliklə, istiqrazlara tələb təklif olunan emissiya həcmindən təxminən 4,04 dəfə çox olub. Başqa sözlə, investor tələbi emissiya məbləğini 45 milyon 656,5 min manat üstələyib.
Yerləşdirmə nəticəsində 15 milyon manatlıq istiqrazların hamısı realizə edilib.
İstiqrazların hər birinin nominal və yerləşdirmə qiyməti 100 manat, illik gəlirlilik faizi isə 10,5% olub.
Ümumilikdə 150 min ədəd istiqraz dövriyyəyə buraxılıb. Qiymətli kağızların tədavül müddəti 12 aydır. Faiz ödənişlərinin istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər üç təqvim ayından bir həyata keçirilməsi nəzərdə tutulur.
Abunə yazılışında 125 investor iştirak edib. İnvestorlar tərəfindən ümumilikdə 144 sifariş təqdim olunub və sifarişlərin hamısı icra edilib.
“Ziraat Bank Azərbaycan”ın istiqrazları faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlardır.
İstiqrazların abunə yazılışı avqustun 10-da başlayıb və avqustun 21-də başa çatıb. Bakı Fond Birjasının Listinq Komitəsi avqustun 6-da istiqrazların ticarətə buraxılması barədə qərar verib. İstiqrazlar Standart Bazar seqmentində listinqə daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
























