“MPAY” ölkədə ilk dəfə Bolmart mağazasında ovuc ilə ödəniş texnologiyasını istifadəyə verir
Azərbaycanda ilk dəfə: Ödəniş üçün nə kart, nə də telefon lazım olacaq - Ovcunuzu göstərirsiniz, hesabdan pul çıxılır. Sistem ovuc damarlarını tanıyır.Fintex sahəsində innovativ həlləri ilə seçilən “MPAY” (eManat) ölkənin nağdsız ödənişlər bazarında yeni bir dövrün əsasını qoyur.
Marja xəbər verir ki, şirkət ölkədə ilk dəfə olaraq ovuc ilə ödəniş texnologiyası olan “PalmPay”i təqdim edir.
Bu texnoloji yenilik ilk dəfə olaraq pilot versiyada “Grandmart” MMC-yə aid Bolmart mağazasında istifadəyə verilib. Müştərilər alış-veriş ödənişlərini Səməd Vurğun küçəsində yerləşən Bolmart mağazasında sadəcə ovucları ilə sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Yaxın gələcəkdə bu ödəniş təcrübəsinin digər satış və xidmət məntəqələrində də genişləndirilməsi nəzərdə tutulur.
PalmPay nədir?
PalmPay - istifadəçilərə kart, telefon və ya nağd pul olmadan, sadəcə ovcundan istifadə etməklə ödəniş etməyə şərait yaradan innovativ ödəniş texnologiyasıdır. Sistem istifadəçinin ovuc içindəki unikal damar strukturunu tanıyaraq şəxsiyyəti təsdiqləyir və ödəniş əməliyyatını MPAY cüzdanından təhlükəsiz şəkildə həyata keçirir.
Bu layihə ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına böyük təkan verməklə yanaşı, istifadəçilərə maksimum rahatlıq və yüksək təhlükəsizlik vəd edir.
Məlumat üçün bildirək ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR


























