Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb

AzVak-mobil_resmin_ustu_31
Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 26 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarının ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” tədbiri keçirilib.

Bankın yaydığı press-relizdə bildirilir ki, tədbirdə “Ziraat Bank Azərbaycan” ASC-nin, Bakı Fond Birjasının, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin, nümayəndələri, investorlar və digər qonaqlar iştirak ediblər.

“Ziraat Bank Azərbaycan”ın 15 milyon manat həcmində istiqraz emissiyasına bazardan  60.6 milyon manat, yəni emissiya məbləğinin 4 mislindən çox tələb daxil olub. Tələbin təklifi əhəmiyyətli dərəcədə üstələməsi investorların Bankın maliyyə dayanıqlılığına, etibarlılığına və gələcək inkişaf perspektivlərinə olan inamını nümayiş etdirir. Eyni zamanda, 144 investorun istiqrazlara maraq göstərməsi emissiyanın geniş investor auditoriyasını əhatə etdiyini, eləcə də Azərbaycanda alternativ və proqnozlaşdırıla bilən investisiya alətlərinə marağın artdığını göstərir.

Tədbirdə çıxış edən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir emissiyanın Bank üçün yalnız maliyyələşdirmə əməliyyatı deyil, eyni zamanda kapital bazarlarındakı mövqeyini gücləndirən, maliyyə mənbələrini şaxələndirən və yeni investorlarla uzunmüddətli əlaqələr qurmağa imkan yaradan strateji addım olduğunu bildirib. 

Dr. Selçuk Demir, həmçinin yaxın zamanda 15 milyon manat həcmində ikinci istiqraz emissiyasının investorlara təqdim edilməsinin planlaşdırıldığını qeyd edib. Bank qarşıdakı dövrdə kapital bazarlarında daha fəal iştirak etməyi və qiymətli kağız emissiyalarını uzunmüddətli maliyyələşdirmə strategiyasının mühüm alətlərindən birinə çevirməyi hədəfləyir.

Tədbirin sonunda “Ziraat Bank Azərbaycan”, Bakı Fond Birjası, “PAŞA Kapital İnvestisiya Şirkəti” nümayəndələrinin iştirakı ilə istiqrazların birjada ticarətə buraxılmasını simvolizə edən açılış zəngi çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında dövriyyəsinə rəsmi start verilib.

Qeyd edək ki, istiqrazların ümumi həcmi 15 milyon manat, tədavül müddəti 12 ay, illik faiz dərəcəsi isə 10,5% təşkil edir. Kupon ödənişləri hər rüb həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 manatdır.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

İş elanları AzVak.az-da

Ziraat Bank istiqrazları Ziraat Bank istiqraz emissiyası Ziraat Bank Azərbaycan 15 milyon manat 60 6 milyon manat tələb Bakı Fond Birjası BFB istiqraz istiqraz emissiyası korporativ istiqrazlar 10 5 faiz istiqraz 12 aylıq istiqraz 100 manat istiqraz investisiya investorlar 144 investor PAŞA Kapital Selçuk Demir istiqraz gəlirliliyi kupon ödənişi qiymətli kağızlar bazarı kapital bazarı bank istiqrazları ikinci istiqraz emissiyası Azərbaycanda investisiya manat istiqrazları
27.08.2026 10:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Nigar Fərhad saxlanılıb
Nigar Fərhad saxlanılıb
27.08.2026 09:47
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19