Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

AzVak-mobil_resmin_ustu_31
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib.

“Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov açıqlamasında bildirib ki, bu il jaketlərin qiyməti də 30 manatdan 20–22 manata endirilib.

Reklam_3_11

Qeyd edilib ki, həmin endirimli qiymətlər cari ildə də qüvvədədir.

O vurğulayıb ki, köynək və polo köynəklərin qiyməti qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manatdır. Məhsullar 100 faiz pambıq parçadan hazırlanır.

“Satış mərkəzləri ilboyu fəaliyyət göstərir. Məktəb mövsümü ərəfəsində isə bütün şənbə və bazar günləri də daxil olmaqla, həftənin bütün günləri, ayın 15-dək fəaliyyət göstərəcəklər. Satış mərkəzlərinin ünvanları, əlaqə nömrələri, qaynar xətt və digər məlumatlar müəssisənin "Instagram" səhifəsində, eləcə də Bakı Tikiş Evinin internet saytında yerləşdirilib”, - deyə o bildirib.

BTE həmçinin valideynlərə müraciət edərək, məktəb formalarını təsadüfi satış yerlərindən almamağı tövsiyə edib:

“Valideynlərə təsadüfi satış yerlərindən mənşəyi və keyfiyyəti məlum olmayan məktəb formalarını almamaq tövsiyə olunur. Belə məhsulların hansı materialdan hazırlandığı məlum olmaya, həmçinin onların keyfiyyət və uyğunluq sertifikatları olmaya bilər.

Valideynlərə fabrik istehsalı olan, sertifikat və zəmanətlə təmin edilən məhsullara üstünlük vermələri tövsiyə edilir. Məktəb formalarına bir il zəmanət verilir və bu müddət ərzində onların keyfiyyətində heç bir dəyişiklik olmayacağına zəmanət verilir”, - deyə müraciətdə bildirilib.

İş elanları AzVak.az-da

© APA

məktəb formaları məktəb formalarının qiyməti Bakı Tikiş Evi BTE məktəbli forması yeni dərs ili məktəbli geyimləri şalvar qiyməti ətək qiyməti jaket qiyməti köynək qiyməti polo köynək məktəb alış-verişi məktəb xərcləri məktəb forması endirimi valideynlər sertifikatlı məktəb forması məktəb formasına zəmanət
27.08.2026 12:01
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Nigar Fərhad saxlanılıb
Nigar Fərhad saxlanılıb
27.08.2026 09:47
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19