Qara dənizdə artan gərginlik buğdanın qiymətini son 3 ilin ən yüksək səviyyəsinə qaldırıb
Rusiya-Ukrayna müharibəsinin daha da şiddətlənə və Qara dəniz vasitəsilə taxıl daşımalarının əlavə məhdudiyyətlərlə üzləşə biləcəyi ilə bağlı narahatlıqlar Çikaqo birjasında buğda fyuçerslərinin qiymətini 2023-cü ilin iyulundan bəri ən yüksək səviyyəyə çatdırıb.
Marja xəbər verir ki, Dünyanın ən mühüm taxıl ixracı regionlarından biri olan Qara dənizdə gedən döyüşlər limanlara və taxıl terminallarına ziyan vurub. Nəticədə regiondan həyata keçirilən daşımalar əhəmiyyətli dərəcədə azalıb.
Kremlə yaxın mənbələrin məlumatına görə, Rusiya sülh razılaşması ilə bağlı danışıqların dalana dirəndiyi qənaətinə gəlib. Moskvanın Ukraynaya hücumları artırmağa və infrastruktur obyektlərini daha intensiv hədəfə almağa hazırlaşdığı bildirilir.
Rusiya və Ukrayna birlikdə dünya üzrə buğda ixracının dörddə birindən çoxunu təmin edir. Hər iki ölkə eyni zamanda iri həcmdə arpa, qarğıdalı və günəbaxan yağı ixrac edir.
Qara dənizdə daşımalarla bağlı problemlərin təsiri nəticəsində aylıq qiymət artımı 18%-ə çatıb.
Bazar münaqişənin genişlənəcəyi təqdirdə yaranacaq logistika məhdudiyyətlərindən ciddi şəkildə narahatdır. Qara dənizdə həll yolu tapılmasa və gəmilərin təhlükəsizlik riski olmadan regiona çıxışı yaxşılaşmasa, qiymət artımı davam edə bilər.
Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkənin bu mövsümdə kənd təsərrüfatı məhsulları ixracı əvvəl proqnozlaşdırılan səviyyənin təxminən yarısında qala bilər.
Rusiyanın avqust ayında buğda ixracının isə ötən ilin eyni dövrü ilə müqayisədə 50%-dən çox azalacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 9 d. əvvəl
-
23 d. əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
1 saat əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Ən çox oxunanlar
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti

























