Qızıl üçün həlledici sentyabr: Fed faizləri yenidən artıra, qızıl ucuzlaşa bilər
Sentyabrda FED-in faiz artıracağı ehtimalı 50%-i keçibABŞ Mərkəzi Bankının (FED )sədri Kevin Warsh-ın Vayominqdə keçirilən simpoziumda 2%-lik inflyasiya hədəfinin dəyişməz sabit hədəf olduğunu bir daha vurğulaması maliyyə bazarlarında “şahin” təsir yaradıb. Qlobal birjalarda qızılın qiymətinin unsiyası 4438 dollara düşüb.
Marja xəbər verir ki, açıqlamalardan sonra treyderlər ABŞ Mərkəzi Bankının sentyabr ayında keçiriləcək növbəti iclasında faiz dərəcəsini artırması ehtimalını 50%-dən yuxarı qiymətləndirməyə başlayıblar.
"GAMA Asset Management" şirkətinin qlobal makro portfel meneceri Rajeev De Mello bildirib ki, gözləntilərdən daha “şahin” mövqenin (faizin artırılacağı ehtimalını gücləndirən mövqenin) nümayiş etdirilməsi qızıl qiymətləri üzərində qısamüddətli təzyiq yaratmağa davam edə bilər.
Onun fikrincə, yaxın müddətdə qızılın bir unsiyasının qiyməti 4200–4300 dollar intervalında sabitləşə bilər.
ABŞ Maliyyə Nazirliyinin ayın ortalarında açıqladığı gözlənilməz istiqraz geri alışı addımı isə dövlət borcu və pulun dəyərsizləşməsi ilə bağlı narahatlıqları artıraraq qızılın qiymətinə dəstək vermişdi.
FED-in inflyasiyanı 2%-lik hədəfə qaytarmaqda sərt mövqeyi faizlərin daha uzun müddət yüksək qala biləcəyi və hətta yenidən artırıla biləcəyi riskini gücləndirir. Yüksək faizlər isə gəlir gətirməyən aktiv olan qızıl üçün adətən mənfi amil hesab olunur.
Digər tərəfdən, ABŞ Maliyyə Nazirliyinin istiqraz bazarına müdaxilə xarakterli addımları, yüksək dövlət borcu və dolların alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlı narahatlıqlar investorların təhlükəsiz aktivlərə marağını qoruyur.
Buna görə də yaxın dövrdə qızılın istiqamətini əsasən FED-in sentyabr qərarı, ABŞ inflyasiya göstəriciləri və istiqraz gəlirliliklərinin dinamikası müəyyən edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR

























