Avqust ayında 146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin avqust ayı ərzində 6 depozit hərracı keçirilib və ümumilikdə xəzinə hesabının 146 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.
Bu buarədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Avqustun 6-da iki depozit hərracı keçirilib və ilk hərracın nəticələrinə əsasən, xəzinə hesabının 16 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Digər hərracda isə xəzinə hesabının 25 milyon manat həcmində qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 13-də keçirilən növbəti depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 21 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 20-də baş tutan hərracda 1 kommersiya bankı iştirak edib. Hərracın nəticəsinə əsasən, xəzinə hesabının 35 milyon manat həcmində qalığı 84 gün müddətinə, 6.53% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Avqustun 27-də isə daha iki depozit hərracı keçirilib. Hərracların birinin nəticəsinə əsasən, xəzinə hesabının 19 milyon manat həcmində qalığı 2 kommersiya bankında 28 gün müddətinə, 6.52% orta çəkili faiz dərəcəsi ilə, digərində isə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 1 kommersiya bankında 84 gün müddətinə, 6.54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
"Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
14 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























