Təhsil haqqı ödənişlərinə Rabitəbank-dan sərfəli tarif ®
Yeni tədris ilinin başlanması valideynlər və tələbələr üçün yeni hədəflərlə yanaşı, təhsil haqqı ödənişlərinin planlaşdırılmasını da aktuallaşdırır. “Rahat bankçılıq” yanaşması ilə müştərilərinin müxtəlif maliyyə ehtiyaclarına uyğun həllər təqdim edən Rabitəbank, təhsil ödənişləri üçün Nağd Pul krediti kampaniyası ilə bu dövrdə təhsil planlarının reallaşdırılmasına əlavə maliyyə imkanı yaradır.
Kampaniya çərçivəsində müştərilər illik cəmi 9,5%-dən başlayan faiz dərəcəsi ilə 50 000 AZN-dək Nağd Pul kreditini 59 ayadək müddətə və 0% komissiya ilə əldə edə bilərlər. Təklif yeni tədris ili ərəfəsində təhsil haqqı ödənişlərini həyata keçirmək istəyən müştərilərə maliyyə öhdəliklərini daha çevik şəkildə planlaşdırmaq imkanı verir.
Rabitəbank kampaniyanın maliyyə şərtləri ilə yanaşı, kreditə müraciət prosesində müştəri rahatlığını da ön planda saxlayır. Nağd Pul krediti üçün müraciət tam onlayn şəkildə, banka gəlmədən həyata keçirilə bilər. Sürətli rəsmiləşdirmə imkanı isə müştərilərin əlavə vaxt itkisi olmadan kredit imkanından yararlanmasına şərait yaradır.
Kampaniya üzrə kredit məbləği, faiz dərəcəsi, ödəmə müddəti və digər şərtlər barədə ətraflı məlumatı https://rbt.az/istehlak əldə etmək mümkündür.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
3 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
3 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)








