"JET Group" Azərbaycanda borclanmağa hazırlaşır - “B” kredit reytinqi əldə edib
Bakı Fond Birjası (BFB) ilə Listinq Məsləhət Proqramı çərçivəsində əməkdaşlıq edən JET Group Ltd.-nin Azərbaycan kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir.
Marja xəbər verir ki, bu proses çərçivəsində JET Group Ltd. beynəlxalq reytinq agentliyi Fitch Ratings tərəfindən “B” səviyyəsində Emitentin Uzunmüddətli Defolt Reytinqi (Long-Term Issuer Default Rating – IDR) ilə qiymətləndirilib. Reytinq üzrə proqnoz “Sabit” (Stable) olaraq müəyyən edilib. Şirkətin məlumatına əsasən, JET Group Ltd. beynəlxalq kredit reytinqi əldə edən ilk mikromobillik (kick-sharing) şirkətidir.
Şirkətin maliyyə göstəricilərinə əsasən, 2024–2025-ci illər ərzində gəlirlər 5 dəfə artıb. 2026-cı ilin I rübünün sonuna faiz ödənişlərini qarşılama qabiliyyətini əks etdirən göstərici 14 dəfə təşkil edib.
JET Group Ltd. Mərkəzi Asiya və Latın Amerikası da daxil olmaqla bir sıra inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərir. Şirkət 2025-ci ildə Çili, 2026-cı ildə isə Meksika bazarlarına daxil olmaqla beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirib.
Şirkətin Azərbaycan kapital bazarına çıxışı çərçivəsində istiqraz emissiyasının təminatının yerli bank tərəfindən təqdim edilməsi nəzərdə tutulur. Xatırladaq ki, şirkət xarici hüquqi şəxs olduğundan, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, ölkə ərazisində istiqraz emissiyasının həyata keçirilməsi üçün təmin edilmiş istiqraz buraxılışı tələb olunur.
Hazırda istiqraz emissiyasının təminatı ilə bağlı yerli banklarla görüşlər və müzakirələr davam etdirilir. JET Group Ltd.-nin beynəlxalq kredit reytinqi əldə etməsi şirkətin potensial istiqraz emissiyasının hazırlanması prosesində nəzərə alınan amillərdən biri kimi çıxış edir.
Bakı Fond Birjası Listinq Məsləhət Proqramı çərçivəsində şirkətlərin kapital bazarına çıxışa hazırlıq prosesinin dəstəklənməsi və emissiya imkanlarının qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR




























