Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
Rusiya Mərkəzi bankı ölkədə bank hesablarından nağd xarici valyuta çıxarılmasına tətbiq olunan məhdudiyyətlərin müddətini daha 6 ay uzadıb. Yeni qərara əsasən, mövcud məhdudiyyətlər 9 mart 2027-ci ilədək qüvvədə qalacaq.
Marja xəbər verir ki, Rusiya Mərkəzi Bankı qərarın əsas səbəbi kimi Qərb ölkələrinin sanksiyalarının davam etməsini göstərib. Tənzimləyicinin açıqlamasına görə, sanksiyalar Rusiya banklarının və digər maliyyə institutlarının nağd ABŞ dolları və avro əldə etməsinə imkan vermir. Bu məhdudiyyət aradan qalxmadığı üçün Rusiya daxilində nağd valyuta əməliyyatları üzrə xüsusi rejimin də davam etdirilməsinə qərar verilib.
Mövcud qaydaların əsası 2022-ci ilin martında, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkəyə qarşı genişmiqyaslı maliyyə sanksiyalarının tətbiq edilməsinin ardınca qoyulub. Rusiya Mərkəzi Bankı həmin vaxt vətəndaşların banklardakı xarici valyuta hesablarından nağd pul çıxarmasına məhdudiyyət tətbiq etmişdi.
Hazırkı rejim çərçivəsində məhdudiyyətə məruz qalan valyuta hesablarından vəsaitlərin nağd şəkildə rubl ilə çıxarılmasına icazə verilir. Başqa sözlə, hesabda dollar və ya avro saxlanılsa belə, müəyyən əməliyyatlarda müştəriyə həmin vəsaitin rubl ekvivalenti təqdim olunur.
Qərarın yenidən altı ay uzadılması göstərir ki, 2022-ci ildə fövqəladə tədbir kimi tətbiq edilmiş nağd valyuta rejimi artıq dörd ildən çoxdur davam edir və Rusiya maliyyə sisteminin Qərbin dollar və avro üzrə sanksiyalarına uyğunlaşmasının əsas mexanizmlərindən biri olaraq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
59 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
























