Sosial mediadan pul qazananlarla bağlı mühüm yenilik - Bloger və influenserlərin gəlirləri ayrıca uçota alınacaq
“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıbİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığının təkmilləşdirilməsi davam etdirilir.
Marja.az Xidmətə istinadən xəbər verir ki, on illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar, eləcə də müxtəlif əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu sahənin ayrıca əks olunmaması həmin şəxslərin fəaliyyətinin uçota alınmasını və statistik qiymətləndirilməsini çətinləşdirirdi.
Bu ehtiyacı nəzərə alaraq, uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata “Rəqəmsal platforma təsirçisi” (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib. Dəyişiklik sosial media və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin daha dəqiq və şəffaf rəsmiləşdirilməsinə, onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınmasına və statistik məlumatların daha dolğun formalaşdırılmasına imkan yaradır.
Dövlət Vergi Xidməti bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirməyi və qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi tövsiyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
15 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























