Azərbaycanın milli fast-food brendi bir ayda 3 filial açıb - Filiallarının sayı 31-ə çatıb
“Şaurma N1” sürətlə böyüyür – Bir ayda 3 yeni filial açıb, 31 filiallıq şəbəkəyə çevrilib. Həmçinin “Şaurma N1” Azərbaycan rayonlarına və xarici bazarlara hazırlaşır.Azərbaycanın ilk fast-food brendi “Şaurma N1” bir ayda 3 yeni filialını açaraq xidmət göstərdiyi nöqtə sayını 31-ə yüksəldib.
Şirkət Nərimanov Rayonu, Aşıq Molla Cümə küçəsində, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, II terminalında və Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində (Fəvvarələr meydanı) yeni filiallarla müştərilərə xidmət göstərəcək.
1998-ci ildə xüsusi resept hazırlayaraq fast-food bazarına girən şirkət tez bir zamanda Azərbaycanda böyük auditoriya topladı. Sürət, keyfiyyət, möhtəşəm dad və uyğun qiymət axtaranların seçiminə çevrilən “Şaurma N1” bu ənənəvi dadı 28 ildir ki qoruyub saxlayır. Restoranlar şəbəkəsində həmçinin isti yeməklər, pizzalar, salatlar, sərinləşdirici içki və kofelər müştərilərə təqdim edilir.
Şirkət yenilənən konsepti və strateji böyümə hədəflərinə uyğun olaraq Azərbaycanın böyük şəhərlərində və rayonlarında da filialların açılışını planlaşdırır. Eyni zamanda şirkət milli Azərbaycan brendi kimi qloballaşmaq yolunda da strateji fəaliyyət planını hazırlayar, öncə Qafqaz, daha sonra isə Asiya ölkələrində genişlənməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, 1998-ci ildən fəaliyyət göstərən “Şaurma N1” keyfiyyət, dad və sürətli xidmət prinsiplərini bir araya gətirən müasir və milli fast-food brendidir. Brendin əsas üstünlüklərindən biri məhsulların hazırlanmasında keyfiyyətli və seçilmiş inqrediyentlərə üstünlük verilməsidir. Menyuda fərqli zövqlərə uyğun seçimlərin olması, məhsulların standartlaşdırılmış reseptlərlə hazırlanması və xidmət sürəti müştəri təcrübəsini ön plana çıxarır. Şaurma N1 həm əlçatan qiymət siyasəti, həm də müasir restoran konsepti ilə geniş auditoriya üçün cəlbedici seçim yaradır. Brendin əsas hədəfi hər ziyarətdə eyni yüksək dad və keyfiyyət standartını təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR


























