İran: Hörmüz boğazından keçməyə çalışan 2 tanker minaya düşüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından “qanunsuz marşrut”la keçməyə çalışdığını iddia etdiyi iki neft tankerinin minaya düşdüyünü, baş verən partlayışdan sonra tankerlərin hərəkətsiz qaldığını açıqlayıb.
Marja xəbər verir ki, “Fars” xəbər agentliyi İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin hadisə ilə bağlı yazılı açıqlamasını yayıb.
Açıqlamada bildirilib:
“Bir neçə saat əvvəl ABŞ ordusunun təşviqi ilə ekipajı təxliyə edilən və qanunsuz marşrutdan keçmək üçün ABŞ qüvvələrinin istifadəsinə verilən iki neft tankeri minaya düşərək partlayıb və hərəkətsiz qalıb. Hazırda tankerlər yanır”.
Açıqlamada İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin daha əvvəl mina yerləşdirilmiş keçid marşrutundan istifadənin təhlükələri barədə xəbərdarlıq etdiyi qeyd olunub.
Həmçinin “qanuni marşrut”dan istifadə etmək əvəzinə ABŞ-nin göstərişlərinə əməl edən və gəmilərini ABŞ qüvvələrinin istifadəsinə verən gəmiçilik şirkətlərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu və bu tədbirlərin yaxın zamanda tətbiq ediləcəyi bildirilib.
Neft tankerlərinin hansı ölkəyə məxsus olduğu barədə məlumat verilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
14 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























