Təchizat riskləri Avropada təbii qazın qiymətini artırmaqda davam edir
Avropada təbii qazın qiymətləri ABŞ ilə İran arasında yenidən alovlanan qarşıdurmanın Hörmüz boğazı vasitəsilə enerji axınının qısa müddətdə bərpa olunacağına dair ümidləri zəiflətməsi fonunda ardıcıl üçüncü gündür yüksəlir.
Marja xəbər verir ki, fyuçers müqavilələri bu gün 4,3%-dək bahalaşdıqdan sonra artımın bir hissəsini itirib. Bununla belə, qiymətlər hələ də 2023-cü ilin yanvarından bəri qeydə alınan ən yüksək gündaxili səviyyəyə yaxın qalır. Oktyabr fyuçersləri bu həftə təxminən 10% bahalaşıb.
ABŞ İrana qarşı hava hücumlarını ikinci gün də davam etdirib. ABŞ Prezidenti Donald Tramp isə qarşıdurmaya son qoyacaq razılaşmanın əldə edilməsi ehtimalını istisna edib.
“Morningstar”ın baş analitiki Tancrede Fulop bildirib:
“2022-ci ildəki kimi enerji böhranı gözləmirik, lakin Avropa struktur baxımından yeni qaz şokuna qarşı həssas olaraq qalır”.
Fulopun proqnozuna görə, Avropada qaz balansı gələn il də gərgin qalacaq və yeni qlobal LNG tədarükünün bazara daxil olacağı 2028-ci ildən əvvəl qiymətlərin əhəmiyyətli dərəcədə normallaşması ehtimalı aşağıdır.
Davam edən təchizat pozuntuları Avropanın qış mövsümü ərəfəsində qaz anbarlarını yenidən doldurmaq səylərini təhlükə altına qoyur. Hazırda anbarların doluluq səviyyəsi cəmi 65% təşkil edir. Bu, 2009-cu ildən etibarən aparılan statistikada ilin bu dövrü üçün qeydə alınan ən aşağı göstəricidir.
Analiz şirkəti BMI hesabatında bildirilib:
“Qışdan əvvəl anbarların yenidən doldurulması zərurəti Avropanın idxal tələbatını artıracaq və daha çox LNG yükünün şərqdən qərbə yönəlməsinə səbəb ola bilər”.
Hesabatda qeyd olunub ki, bu vəziyyət eyni zamanda Asiyada etalon qaz qiymətlərinə yüksəliş təzyiqinin davam etməsinə səbəb olacaq.
Avropada təbii qaz üçün əsas etalon hesab olunan Niderlandın ən yaxın müddətli fyuçerslərinin qiyməti Amsterdam vaxtı ilə saat 08:30-da 1,7% artaraq meqavat-saat üçün 73,42 avroya yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 8 d. əvvəl
-
22 d. əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
1 saat əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Ən çox oxunanlar
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
























