İKTA-nın təşkil etdiyi sabit internet xidmətləri sorğusunda iştirak edənlərin sayı 33 mini keçib
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən sabit internet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda bu günədək 33 mindən çox vətəndaş iştirak edib.
İKTA-nın yaydığı məlumatda bildirilir ki, 23 iyul 2026-cı il tarixində başlayan sorğu həm onlayn, həm də ölkə üzrə fəaliyyət göstərən “ASAN xidmət” və “Azərpoçt” mərkəzlərində üzbəüz formatda davam etdirilir.
Sorğunun əsas məqsədi sabit internet istifadəçilərinin xidmət keyfiyyəti ilə bağlı real təcrübəsini öyrənmək, istehlakçıların qarşılaşdığı əsas çətinlikləri və gözləntiləri, habelə məmnunluq səviyyəsinə təsir edən amilləri birbaşa istifadəçi rəyi əsasında qiymətləndirməkdir.
Sorğu 6 bölmə üzrə 20-dən artıq sualı əhatə edir və cavablandırılması bir neçə dəqiqə vaxt tələb edir. Suallar əsasən internet bağlantısının sürəti və dayanıqlığı, axşam saatlarında xidmət keyfiyyəti, qiymət-keyfiyyət uyğunluğu, texniki nasazlıqların aradan qaldırılma müddəti, provayderlərlə kommunikasiya və müştəri xidmətlərinin keyfiyyəti kimi mühüm mövzuları əhatə edir.
Sorğu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) ilə əməkdaşlıq çərçivəsində ölkə üzrə fəaliyyət göstərən bütün “ASAN xidmət” mərkəzlərində də keçirilib. Prosesə ASAN könüllüləri cəlb olunub, bununla yanaşı, “Azərpoçt” MMC-nin xidmət mərkəzləri vasitəsilə də vətəndaşlara sorğuda iştirak imkanı yaradılıb.
İKTA istehlakçı məmnuniyyətini mütəmadi olaraq müxtəlif mənbələrdən daxil olan müraciətlər, “E-Şikayət” sistemi, texniki ölçmələr və monitorinqlər vasitəsilə izləyir. Keçirilən sorğunun nəticələri bu məlumatlarla birlikdə kompleks şəkildə təhlil ediləcək və sabit internet xidmətlərinin keyfiyyətinin artırılması, mövcud çatışmazlıqların müəyyənləşdirilməsi və tənzimləmə tədbirlərinin təkmilləşdirilməsi üçün mühüm informasiya bazası rolunu oynayacaq.
İKTA sabit internet xidmətlərindən istifadə edən bütün vətəndaşları sorğuda fəal iştirak etməyə və öz istifadəçi təcrübələrini bölüşməyə çağırır.
Onlayn sorğu sentyabrın 20-dək davam edəcək.
Sorğuda onlayn iştirak etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
15 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















