FAB Şirkətlər Qrupu “KazBuild-2026” beynəlxalq sərgisində iştirak edir
FAB-dan Qazaxıstan həmləsi – ixracı genişləndirmək istəyir. FAB Qazaxıstanda distribyutorlar və tikinti şirkətlərilə danışıqlara başlayıb.FAB Şirkətlər Qrupu 2–4 sentyabr 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 32-ci Beynəlxalq Tikinti və İnteryer Sərgisi – “KazBuild-2026”da iştirak edir.
Sərgidə şirkətin tikinti və təmir sektoru üzrə məhsul portfeli, o cümlədən FAB brendinin boya məhsulları, quru inşaat qarışıqları, HILLFAN boruları, NEOTEK kabelləri, polimer məhsullar və digər tikinti materialları beynəlxalq auditoriyaya təqdim olunur.
“KazBuild-2026” çərçivəsində FAB Şirkətlər Qrupunun nümayəndələri müxtəlif ölkələri təmsil edən biznes tərəfdaşları, distribyutorlar, tikinti şirkətləri və sektorun digər iştirakçıları ilə görüşlər keçirir. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları, yeni bazarlara çıxış perspektivləri və ixrac əlaqələrinin inkişaf etdirilməsi istiqamətləri müzakirə olunur.
Sərgidə iştirak FAB Şirkətlər Qrupu üçün məhsulların beynəlxalq bazarlarda tanıdılması, yeni işgüzar əlaqələrin qurulması, eləcə də Qazaxıstan və digər Orta Asiya ölkələrindən olan potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır.
FAB Şirkətlər Qrupu beynəlxalq sərgilərdə iştirak etməklə ixrac coğrafiyasının genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və Azərbaycan istehsalı olan məhsulların beynəlxalq bazarlarda daha geniş təmsil olunması istiqamətində fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
























