Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sistemini (FED) yenidən faiz dərəcələrini azaltmağa çağırıb. O bildirib ki, faizlər endirilməsə, ABŞ-ın ticarət kəsiri verdiyi ölkələrlə ticarəti dayandıra bilər.
Marja xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib və FED-ə, eləcə də qurumun yeni rəhbərinə müraciət edib.
“Faiz dərəcələrini aşağı salın, çünki ABŞ çox qısa müddət əvvəllə müqayisədə daha güclü kredit profilinə malikdir. Güclü ölkə daha aşağı faiz dərəcəsi, daha yaxşı kredit qabiliyyəti deməkdir. Çox sadədir!”, – Tramp bildirib.
ABŞ Prezidenti hesab edir ki, ölkəsi dünyada ən aşağı faiz dərəcələrindən birinə malik olmalıdır.
Tramp bəyan edib ki, ABŞ digər ölkələrin böyük ticarət profisiti əldə etməsinə imkan verməsəydi, həmin ölkələr maliyyə baxımından “elit” hesab olunmazdılar.
“Faizi endirin, yoxsa ticarət kəsiri verdiyimiz ölkələrlə ticarəti dayandıraram”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsi gömrük tarifləri ilə bağlı qərarında Prezidentin belə addım atmaq hüququnun olduğunu qəbul edib.
Tramp ticarətin dayandırılması variantını gömrük tariflərindən daha effektiv üsul kimi təqdim edib.
“Bu, gömrük tariflərindən daha yaxşı üsuldur!”, – ABŞ Prezidenti vurğulayıb.
Tramp FED rəhbərliyini də sərt tənqid edib:
“FED yen rəhbəri ilə birlikdə ağıllı davranmalı və heç olmasa bir dəfə vətənpərvərlik etməlidir. Yüksək faiz dərəcələri ABŞ-ı çox ədalətsiz şəkildə əlverişsiz vəziyyətə salır və mən buna imkan verməyəcəyəm”.
Qeyd edək ki, Tramp FED-in əvvəlki rəhbəri Cerom Paueli də dəfələrlə faiz dərəcələrini azaltmağa çağırmışdı.
Trampın açıqlaması pul siyasəti ilə ticarət siyasətini birbaşa əlaqələndirən olduqca sərt yanaşmadır. Prezidentin mesajının mahiyyəti budur ki, ABŞ-ın güclü iqtisadi və kredit mövqeyi daha aşağı faizlərlə müşayiət olunmalıdır və yüksək faizlər Amerika şirkətlərinin beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
Lakin FED-in faiz qərarları ənənəvi olaraq inflyasiya, əmək bazarı və iqtisadi aktivlik göstəricilərinə əsaslanır. Trampın açıqlaması isə mərkəzi banka siyasi təzyiq müzakirələrini yenidən gücləndirə bilər.
Bəyanatın ikinci diqqətçəkən tərəfi ticarət kəsiri verilən ölkələrlə ticarətin dayandırılması təhdididir. Bu yanaşma həyata keçirilsəydi, tarif artımından daha radikal ticarət məhdudiyyəti anlamına gələrdi və qlobal ticarət axınlarına ciddi təsir göstərə bilərdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















