Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
“AI4Real Bootcamp” proqramı uğurla başa çatdıAzercell-in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi “AI4Real Bootcamp” intensiv təlim proqramı başa çatıb. Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olub. Seçim mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 14 universiteti təmsil edən 26 tələbə proqramda iştirak hüququ qazanıb.
Proqram süni intellektin müxtəlif sahələrdə praktiki tətbiqini əhatə edib. İştirakçılar real biznes tapşırıqları üzərində işləyib, süni intellektdən istifadə etməklə biznes yönümlü həllər hazırlayıblar. Təlimlər akademik mütəxəssislərin və sənaye ekspertlərinin iştirakı ilə keçirilib.
Azercell-in Məlumat Analitikası və Süni İntellekt departamentinin baş direktoru Sabir Mərdanov telekommunikasiya sahəsində süni intellektin tətbiqinə dair real nümunələri iştirakçılarla bölüşüb, bu texnologiyaların biznes üçün yaratdığı imkanlar və praktiki faydaları barədə ətraflı məlumat verib. ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi Samir Məmmədov, həmçinin universitetin professor-müəllim heyəti və dəvət olunmuş ekspertlər isə öz sahələrində tətbiq edilən AI həlləri və onların praktiki istifadəsi barədə danışıblar.
İntensiv təlim və praktiki sessiyalar iştirakçılara süni intellekt üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, komanda işi, problem həlli və innovativ düşüncə üzrə təcrübələrini də artırmağa imkan yaradıb.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Ən yüksək nəticə göstərən beş tələbə isə yeni tədris ilində Azercell və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək hakatonda birbaşa iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azercell “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini genişləndirir, eyni zamanda bu sahədə bilik və praktiki bacarıqlara malik yeni nəsil mütəxəssislərin yetişdirilməsini dəstəkləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR

























