SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb
SpaceX-ə Avropadan ciddi rəqib gəlir — İlk dəfə orbitə çatıb.Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb.
Marja.az xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılamaq üçün raket istehsalını və buraxılışların sayını artırmağa hazırlaşır.
Münhendə yerləşən şirkətin “Spectrum” raketi şənbə günü orbitə çatıb və faydalı yüklərini aşağı Yer orbitinə uğurla yerləşdirib. Şirkət bu uğura cəmi ikinci sınaq uçuşunda nail olub.
Isar Aerospace-in kommersiya direktoru Stella Guillen bazar ertəsi bildirib ki, şirkət hazırda istehsal gücünün artırılmasına fokuslanıb. Onun sözlərinə görə, kosmik sənaye əlavə raket buraxılışı imkanlarına “kəskin şəkildə ehtiyac duyur”.
Guillen bildirib ki, Isar Aerospace-in potensial sifarişlər portfelinin dəyəri 10 milyard avronu (11,6 milyard dollar) ötür.
Şirkət bu məbləğin nə qədərinin artıq müqavilə ilə rəsmiləşdirilmiş sifarişlərdən ibarət olduğunu açıqlamayıb.
“Tələb çox böyükdür”, — Guillen CNBC-nin “Squawk Box Europe” proqramında deyib.
Onun sözlərinə görə, şənbə günü həyata keçirilmiş uğurlu uçuşdan sonra şirkətin əsas məqsədi istehsalı və raket buraxılışlarının tezliyini artırmaqdır. Bununla yanaşı, Guillen xəbərdarlıq edib ki, sənayenin böyüməsini təmin etmək üçün Avropanın kosmik buraxılış infrastrukturu da genişləndirilməlidir.
Isar Aerospace-in hazırkı əməliyyat miqyası Elon Maskın SpaceX şirkəti kimi ABŞ rəqibləri ilə müqayisədə xeyli kiçik olsa da, Almaniya şirkətinin böyük hədəfləri var.
“Hazırda əsas məsələ miqyaslana bilməkdir. Sənayeləşmə bizim üçün son dərəcə vacibdir və istehsalı sürətlə artırırıq. Məqsəd bir raket deyil, yüzlərlə raket buraxa biləcək səviyyəyə çatmaqdır”, — Guillen bildirib.
Özəl şirkət olan Isar Aerospace Porsche, Lakestar və HV Capital vençur fondları, həmçinin NATO İnnovasiya Fondu daxil olmaqla bir sıra böyük investorların dəstəyini cəlb edib.
Şirkət iyun ayında istehsalı genişləndirmək və qlobal raket buraxılışı şəbəkəsini böyütmək məqsədilə “Series D” investisiya raundunda 270 milyon avro vəsait cəlb edib.
Isar Aerospace Avropanın ən perspektivli kosmik startaplarından biri hesab olunur. Avropa İttifaqı SpaceX-ə alternativ yarada biləcək və regionun öz kommersiya raket buraxılışı sənayesini formalaşdıracaq şirkətlərin inkişafına çalışır.
“Bu, yeni eranın başlanğıcıdır”, — Almaniya kansleri Fridrix Merts bazar günü X sosial şəbəkəsində bildirib.
Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius isə hadisəni belə qiymətləndirib:
“Avropanın kosmosa müstəqil çıxış imkanları böyük təkan götürüb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
27 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
32 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
38 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
57 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
























