Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) üzv dövlət statusu ölkəmizin milli metrologiya sisteminin beynəlxalq səviyyədə tanınmasına, beynəlxalq qərarların qəbulunda iştiraka, qabaqcıl təcrübə və biliklərdən istifadəyə, eləcə də BIPM-in kalibrlənmə xidmətlərindən yararlanmağa imkan yaradır.Azərbaycan Respublikası Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) rəsmi olaraq üzv dövlət statusu əldə edib.
Bununla, ölkəmiz BIPM-də 2015-ci ildən bəri sahib olduğu assosiativ üzvlükdən üzv dövlət statusuna keçid edib. Həmin vaxtdan təməli qoyulmuş bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 7 iyul 2026-cı il tarixində "Metrik Konvensiya"ya qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi ilə başa çatıb. Məlumat üçün bildirək ki, Metrik Konvensiyaya qoşulmaq BIPM-də üzv dövlət statusunun əldə olunması üçün əsas şərtlərdən biri idi.
Yeni status Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) beynəlxalq metrologiya sahəsində fəaliyyət imkanlarını genişləndirir. Bu status ilə ölkəmiz metrologiya sisteminin beynəlxalq səviyyədə tanınması, beynəlxalq metroloji qərarların formalaşdırılmasında bilavasitə iştirak, milli metrologiya infrastrukturunun BIPM sisteminə inteqrasiyası və kalibrlənmə xidmətlərindən ödənişsiz yararlanma, eləcə də milli etalon bazası və kalibrlənmə imkanlarının qabaqcıl təcrübə və biliklərə əsaslanaraq inkişaf etdirilməsi imkanı əldə edir.
Qeyd edək ki, AzMİ indiyədək BIPM-in əsas tutuşdurmalara dair məlumat bazasında (KCDB) 35 kalibrlənmə və ölçmə imkanını (CMC) qeydiyyata aldırıb, 11 beynəlxalq tutuşdurmada iştirak edib. Bundan əlavə, AzMİ Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlıq Təşkilatının (COOMET) üzvü kimi “Milli Etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişdə (CIPM MRA) təmsil olunub.
Qeyd: Metrik Konvensiya 1875-ci il mayın 20-də Fransanın Paris şəhərində imzalanıb və müasir beynəlxalq metrologiya sisteminin əsasını təşkil edir. Konvensiya çərçivəsində fəaliyyət göstərən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIMP) dünyada ölçmələrin vəhdətinin təmin olunması, beynəlxalq etalonların qorunması və milli metrologiya institutları arasında əməkdaşlığın əlaqələndirilməsini həyata keçirir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
1 gün əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
























