"ADY Express": 8 ayda Orta Dəhliz üzrə 54 min TEU-ya yaxın yük daşınıb
Bu ilin yanvar-avqust aylarında Orta Dəhliz üzrə 53 574 TEU yük daşınıb.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti olan "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin eyni dövründə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 48 326 TEU təşkil edib: "Beləliklə, 2026-cı ilin ilk 8 ayında yükdaşımaların həcmi illik müqayisədə 11 % artıb. 2026-cı ildə Orta Dəhliz üzrə daşımaların əsas hissəsini Şərq-Qərb istiqaməti təşkil edib. Belə ki, hesabat dövründə Şərq-Qərb istiqamətində 42 642 TEU, Qərb-Şərq istiqamətində isə 10 932 TEU yük daşınıb.
Ümumi daşımaların təxminən 80 %-i Şərq-Qərb, 20 %-i isə Qərb-Şərq istiqamətinin payına düşüb".
R.Məcidov qeyd edib ki, 8 ayda Orta Dəhliz ilə 265 konteyner blok-qatarı yola salınıb: "Beləliklə, bu ilin ilk 8 ayında blok-qatarların sayı illik müqayisədə 78 qatar və yaxu 29 % artıb. Beləliklə, 2026-cı ilin yanvar-avqust aylarında Orta Dəhliz üzrə konteyner daşımalarında artım dinamikası qeydə alınıb".
© "Report"
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
22 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
8 d. əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 39 d. əvvəl
- 45 d. əvvəl
- 49 d. əvvəl
-
51 d. əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Ən çox oxunanlar
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma






















