Çindən Azərbaycana və Avropaya daha çox yük daşınacaq – Orta Dəhliz üzrə yeni planlar
Bakıda keçirilən AGEM (CICA) Liman Rəhbərləri Konfransı çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının aparıcı liman və texnologiya qurumlarının nümayəndə heyətləri ilə görüşlər keçirib.
Bakı Limanının yaydığı məlumata görə, gGörüşlərdə Azərbaycan və Çin arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı, Orta Dəhliz üzrə yük axınlarının artırılması, eləcə də liman və dəmir yolu əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub.
Rövşən Rüstəmov “Şanxay Beynəlxalq Liman Qrupu” şirkəti (SIPG) və “NIZE Tech” texnologiya şirkətinin nümayəndələri ilə keçirilən görüşdə Orta Dəhliz vasitəsilə müntəzəm konteyner daşımalarının artırılması imkanlarını müzakirə edib. Şanxaydan Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşına biləcək yüklərin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyi qeyd olunub.
Görüşdə liman əməliyyatlarının rəqəmsallaşdırılması və smart-liman həllərinin tətbiqi məsələləri də müzakirə olunub. Terminal idarəetmə sistemləri, intellektual yük girişi və hesablanması həlləri, yük meydançalarının idarə edilməsi, məlumat inteqrasiyası, eləcə də liman və dəmir yolu əməliyyatları arasında rəqəmsal koordinasiya mümkün əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.
ADY, SIPG və “NIZE Tech” arasında Orta Dəhliz üzrə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub və bu istiqamətdə atıla biləcək birgə addımlar barədə fikir mübadiləsi aparılıb.
ADY sədri həmçinin “Lyanyunqan Limanı” ASC-nin nümayəndə heyəti ilə görüşdə Lyanyunqan–Bakı marşrutunun inkişaf etdirilməsi, Orta Dəhliz üzrə blok-qatarların təşkilinin genişləndirilməsi və Avropa istiqamətində daha çox yük axınının cəlb olunması məsələlərini müzakirə edib.
Görüş zamanı ADY və Lyanyunqan Limanı arasında mövcud əməkdaşlığın əhəmiyyəti və açdığı yeni imkanlar nəzərə çatdırılıb. Tərəflər yük axınları, qatarların hərəkət cədvəlləri və logistika tələbləri üzrə məlumat mübadiləsinin gücləndirilməsinin Lyanyunqan–Bakı marşrutunun səmərəliliyinə, tranzit müddətlərinin optimallaşdırılmasına və marşrutun rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcəyini qeyd ediblər.
Görüşlərin yekununda tərəflər Orta Dəhlizin inkişafı, Çin–Azərbaycan–Avropa istiqamətində yük axınlarının artırılması, logistika proseslərinin təkmilləşdirilməsi və yeni texnoloji həllərin tətbiqi üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR



























