Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Bank of America (BofA) iqtisadçıları 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu ilin ortasında açıqlanan əvvəlki proqnozla müqayisədə 10 baza bəndi artıraraq 3,3%-ə yüksəldiblər. Bank 2027-ci il üzrə proqnozunu isə cüzi aşağı salaraq 3,4%-ə endirib.
Marja.az xəbər verir ki, iqtisadçılar Klaudio İriqoyen və Antonio Qabriel tərəfindən hazırlanan hesabatda qlobal iqtisadiyyatın 2028-ci ildə də 3,3% böyüyəcəyi proqnozlaşdırılıb.
“Qlobal inflyasiyanın ilkin gözləntilərimizlə müqayisədə bir qədər daha davamlı olacağını düşünürük”, – iqtisadçılar bildiriblər.
Onların fikrincə, inflyasiyanın yüksəlməsi monetar siyasət faizlərinin daha yüksək səviyyədə saxlanılması ilə bağlı uzun müddətdir mövcud olan gözləntiləri gücləndirir. Bura ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu ayın sonlarında başlaması gözlənilən faiz artımları da daxildir.
“Süni intellektə investisiyalar və ixrac iqtisadi artımı dəstəkləyir. Lakin Hürmüz boğazında nəqliyyatın pozulmasından maliyyə şərtlərinin sərtləşməsinə qədər bir sıra risklər iqtisadi perspektivlərlə bağlı qeyri-müəyyənliyi artırır”, – BofA iqtisadçıları qeyd ediblər.
Regionlar üzrə BofA ABŞ iqtisadiyyatının artım proqnozunu cüzi aşağı salıb.
Avrozonanın 2026-cı il üzrə iqtisadi artım proqnozu isə 30 baza bəndi artırılaraq 0,8%-ə yüksəldilib.
BofA-nın məlumatına görə, 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunun yüksəldilməsinə ən böyük töhfə inkişaf etməkdə olan Asiya ölkələrində texnologiya ixracatçılarından gəlib.
Bank bildirib ki, bu amil bütövlükdə inkişaf etməkdə olan ölkələrin iqtisadi artım proqnozlarının da yüksəldilməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























