Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
Yeni iPhone-lar təqdim edildi — Apple səhmləri əvvəlcə 2%-ə yaxın düşdü, sonra toparlandı. Apple-ın 1 999 dollarlıq iPhone-u birjanı hərəkətə gətirdi.Apple-ın yeni iPhone 18 Pro, iPhone 18 Pro Max və tarixində ilk qatlanan iPhone Duo-nu təqdim etməsindən sonra şirkətin səhmlərində volatillik artıb.
Təqdimatdan əvvəl Apple səhmləri təxminən 0,8% ucuzlaşaraq 313,72 dollar ətrafında ticarət olunurdu. Tədbir davam edərkən eniş dərinləşib və səhmlər bir mərhələdə təxminən 2%-ə yaxın ucuzlaşıb.
Ticarət sessiyasının əvvəlində qeydə alınan məlumatlardan birində Apple səhmlərinin 312,74 dollar səviyyəsində olduğu və əvvəlki bağlanışla müqayisədə 1,1% ucuzlaşdığı göstərilib. Səhmlər gün ərzində 318,13 dollara qədər yüksəlib. Əvvəlki sessiyada Apple 316,22 dollardan bağlanmışdı.
Lakin təqdimatın sonlarına doğru bazarın reaksiyası yaxşılaşıb. Reuters iPhone Duo təqdim edildikdən sonra Apple səhmlərinin 1%-dən az yüksəldiyini, Barron’s isə tədbirdən sonra səhmlərin əvvəlki təxminən 2%-lik itkisini böyük ölçüdə bərpa edərək sessiyanın son saatına yaxın demək olar dəyişməz səviyyəyə qayıtdığını bildirib.
İnvestorlar nəyi qiymətləndirir?
Təqdimatın ən mühüm yeniliyi Apple-ın ilk qatlanan smartfonu iPhone Duo olub. Cihaz 1 999 dollardan başlayır. Bu qiymət bəzi analitiklərin gözlədiyi 2 100 dollar və daha yüksək səviyyədən aşağıdır və Apple üçün yeni premium məhsul kateqoriyası yaradır.
Digər tərəfdən, iPhone 18 Pro-nun başlanğıc qiyməti 1 199 dollara, iPhone 18 Pro Max-ın qiyməti isə 1 299 dollara yüksəlib. Hər iki model əvvəlki nəsildən 100 dollar bahadır. Apple-ın standart iPhone 18-i payız təqdimatına daxil etməməsi də şirkətin ilin mühüm bayram satış mövsümündə daha bahalı modellərə üstünlük verdiyini göstərir.
Bazar həmçinin A20 Pro çipi, təkmilləşdirilmiş süni intellekt imkanları və Apple-ın öz C2 modemindən istifadəsini qiymətləndirir. iPhone Duo-nun Apple üçün yeni gəlir mənbəyi yarada biləcəyini bildirən PP Foresight analitiki Paolo Pescatore şirkətin bununla premium seqmentdə yeni böyümə imkanı yaratdığını qeyd edib.
Səhmlərin düşməsi yalnız təqdimatla bağlı deyil
Apple səhmlərinin gün ərzində zəifləməsini yalnız yeni iPhone-lara bazarın mənfi reaksiyası kimi qiymətləndirmək düzgün olmaz.
ABŞ fond bazarında ümumi satış təzyiqi var. Brent neftinin qiymətinin 100 dolları keçməsi inflyasiya narahatlığını artırıb, ABŞ dövlət istiqrazlarının gəlirlilikləri yüksəlib. Son məlumatlarda S&P 500 təxminən 0,36%, Nasdaq 0,55%, Dow Jones isə 0,59% geriləyib.
Apple səhmlərinin yeni iPhone təqdimatı günü zəifləməsi də qeyri-adi hal deyil. Dow Jones Market Data-nın məlumatına görə, Apple səhmləri yeni smartfonların təqdim edildiyi günlərdə orta hesabla 0,31% ucuzlaşıb.
KeyBanc-ın hesablamasına görə isə son beş ildə iPhone təqdimatı günlərində Apple səhmlərinin orta enişi 0,72%, təqdimatdan sonrakı beş gündə isə 1,22% olub. Bu fenomen bazarlarda adətən “sell the news” — əvvəlcədən gözlənilən xəbərin reallaşmasından sonra mənfəətin götürülməsi effekti ilə əlaqələndirilir.
Beləliklə, ilkin bazar reaksiyasını nə tam mənfi, nə də güclü müsbət adlandırmaq olar. Apple səhmləri təqdimat zamanı ciddi təzyiq görsə də, iPhone Duo və digər yeniliklər açıqlandıqdan sonra itkilərin böyük hissəsini geri qaytarıb.
Investorların növbəti mərhələdə diqqəti iPhone 18 Pro seriyasında qiymət artımının satışlara təsirinə və 1 999 dollarlıq iPhone Duo-ya real tələbin hansı səviyyədə olacağına yönələcək. Duo üçün ilkin sifarişlərin 16 oktyabrda, satışın isə 23 oktyabrda başlaması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















