Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı
Tramp: İranla müharibə seçkilərdən (3 noyabrdan) dərhal sonra başa çatacaqABŞ Prezidenti Donald Tramp İranla hazırda hər hansı aktiv danışıqlar aparılmadığını bildirib və İranla müharibənin noyabrın 3-də ABŞ-da keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra başa çatacağını deyib.
Marja xəbər verir ki, Tramp Vaşinqtondan Texasa yola düşməzdən əvvəl hava limanında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
ABŞ-da benzin qiymətlərinin nə zaman ucuzlaşacağı ilə bağlı suala cavab verən Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinə işarə edib.
İranla hazırda aktiv danışıqlar aparılmadığını bildirən Tramp deyib:
“Məncə, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar artıq daha çox tab gətirə bilmirlər”.
Tramp İranın ABŞ-da keçiriləcək Konqresə aralıq seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdığını iddia edib, lakin bununla bağlı əlavə təfərrüat açıqlamayıb.
ABŞ Prezidenti İranla müharibənin əsas məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bir daha vurğulayıb.
Tramp, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında tam nəzarətə malik olduğunu bildirib.
Onun sözlərinə görə, hər gün çoxsaylı neft tankerləri Hörmüz boğazından keçir.
Trampın müharibənin seçkilərdən dərhal sonra başa çatacağı və neft qiymətlərinin də bundan sonra aşağı düşəcəyi barədə açıqlaması Reuters tərəfindən də yayımlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















