Starbucks müştəriləri geri qaytarmaq üçün 1 milyard dollar xərcləyəcək
Starbucks müştəriləri geri qaytarmaq üçün kafelərinin yenilənməsinə 1 milyard dollar xərcləyəcək“Starbucks” kafelərini daha isti və cəlbedici məkana çevirmək üçün təxminən 1 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Marja.az “Financial Times”a (FT) istinadən xəbər verir ki, şirkət bununla müştərilərin kafelərdə daha uzun müddət qalacağına və daha çox içki alacağına ümid edir.
Qəhvə şəbəkəsi Şimali Amerikada şirkət tərəfindən idarə olunan 9 minədək kafeni yeniləməyi planlaşdırır. FT “Starbucks”ın qəhvəxana dizaynı və konsepsiyalar üzrə baş vitse-prezidenti Dawn Clark-a istinadən yazır ki, hər bir obyekt üzrə yenilənmə xərclərinin təxminən 150 min dollar təşkil edəcəyi gözlənilir.
Məlumata görə, sentyabrın sonunadək təxminən 1500 mağazada yenilənmə işlərinin tamamlanması nəzərdə tutulur.
Şirkət daxilində “uplifts” adlandırılan yenilənmələr çərçivəsində kafelərə əlavə stullar, xalçalar, kitab rəfləri, bitkilər və daha yumşaq interyer elementləri yerləşdiriləcək.
Bununla “Starbucks” uzun illərdir istifadə etdiyi, ev və iş yeri arasında üçüncü sosial məkan ideyasını ifadə edən “third place” konsepsiyasını yenidən gücləndirməyə çalışır.
Bu addım baş icraçı direktor Brian Niccol-un son iki çətin ildən sonra şirkətin fəaliyyətini yaxşılaşdırmağa yönəlmiş dönüş planının bir hissəsidir.
“Starbucks” eyni zamanda qarşıdakı iki il ərzində 2 milyard dollar həcmində xərclərə qənaət etməyi hədəfləyir.
Şirkətin bildirdiyinə görə, yeni formatda mağaza yenilənmələri əvvəlki əsaslı rekonstruksiya layihələri ilə müqayisədə xeyli aşağı xərc hesabına və hətta bir gecə ərzində həyata keçirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR




























