Ərzaq qiymətləri daha sürətlə artır — Bahalaşma 7%-dən çoxdur
Azərbaycanda qiymətlər artır — Ən çox bahalaşan kateqoriya ərzaqdır. İllik inflyasiya 5,7%-ə çatıb — Ərzaq 7,2% bahalaşıbİstehlak qiymətlərinin dəyişməsi haqqında İstehlak qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.
Cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayına nisbətən isə 5,7 faiz artıb.
2026-cı ilin avqust ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 7,2 faiz artıb.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, albalı, gilas, ərik, saftalı, çiyələk, ağ kələm, göyərti, pomidor, sarımsaq və soğanın qiymətləri bahalaşıb, makaron məmulatları, kərə yağı, banan, alma, armud, gavalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, xiyar, şirin bibər, badımcan və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,7 faiz artıb. Avqust ayında əvvəlki ayla müqayisədə divar kağızı, kərpic, alçı lövhə, elektrik avadanlıqları, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatlarının qiymətləri bahalaşıb, yay geyimləri, yuyucu və təmizləyici vasitələr, fərdi və planşet kompüterlərin qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,0 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
























