Azərbaycan qazının Türkiyə və Avropaya tədarük həcmi açıqlandı
Azərbaycan qazının Türkiyə üzərindən Avropa və Suriyaya ixracı genişlənir. Azərbaycan bu il Türkiyə, Avropa və Suriyaya 14,7 milyard kubmetr qaz tədarük edib. Neft və qazdan sonra yeni hədəf: Xəzərin yaşıl enerjisini Avropaya çıxarmaq. Bakı və Ankara Avrasiyanın enerji xəritəsini yenidən formalaşdırırAzərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib.
Energetika naziri Pərviz Şahbazov Azərbaycan - Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi yeni mərhələdə enerji əməkdaşlığının milli və regional enerji təhlükəsizliyi, enerji axınlarının şaxələndirilməsi, elektrik sistemlərinin inteqrasiyası və enerji bağlantılarının gücləndirilməsi istiqamətində inkişaf etdiyini bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə enerji tərəfdaşlığı bu dövrdə mühüm nəticələrlə zənginləşib. İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi, “Türkiye Petrolleri”nin “Şəfəq-Asiman” layihəsinə qoşulması, “Abşeron” yatağından hasil olunacaq qazın bir hissəsinin Türkiyəyə ixracına dair razılaşma, Azərbaycan qazının Türkiyə üzərindən yeni Avropa bazarlarına və Suriyaya nəqli, eləcə də SOCAR-ın Türkiyədə 870 MVt gücündə elektrik stansiyasının alınması kimi yeni investisiyaları əməkdaşlığın genişlənən miqyasının göstəriciləri kimi dəyərləndirilib. Bildirilib ki, indiyədək mövcud neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə nəql olunan Azərbaycan qazının həcmi 130 milyard kubmetr, bunun TANAP vasitəsilə tədarük olunan hissəsi isə 40 milyard kubmetr təşkil edib.Təkcə bu ilin 8 ayında Türkiyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələri 7,5 milyard kubmetr, Suriya isə 1 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib.
Çıxışda enerji əməkdaşlığının növbəti strateji istiqaməti kimi elektrik enerjisi və yaşıl enerji dəhlizləri xüsusi vurğulanıb:
“Rəqəmsallaşma yaşıl transformasiyanı sürətləndirərkən, süni intellekt, data mərkəzləri və genişlənən elektrikləşmə enerji sistemləri qarşısında yeni tələblər yaradır. Elektrik enerjisi iqtisadi inkişafın, rəqəmsal transformasiyanın və enerji təhlükəsizliyinin əsas strateji resurslarından birinə çevrilir. Bu reallıq yeni generasiya gücləri ilə yanaşı, daha güclü şəbəkələr, enerji saxlanc sistemləri, ölkələri və regionları birləşdirən yeni elektrik bağlantıları tələb edir. Bu proses Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı üçün də yeni strateji üfüqlər açır. Neft və qaz layihələri ilə Şərqlə Qərb arasında yaratdığımız enerji bağlantılarını indi elektrik enerjisi və yaşıl enerji dəhlizləri ilə genişləndirərək, Xəzərin və Mərkəzi Asiyanın yaşıl enerjisinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması ölkələrimizin Avrasiyanın enerji xəritəsinin yenidən formalaşmasında strateji rolunu gücləndirən perspektivlərdir.”
Türkiyə şirkətlərinin Azərbaycanın yaşıl enerji sektorunda iştirakının genişləndiyi qeyd olunub. Enerji keçidinin rəqəmsallaşma və süni intellektlə getdikcə daha sıx bağlı olduğu nəzərə alınaraq, Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində bu xüsusda əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib. Həmçinin Azərbaycanın COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə dəstək verməyə hazır olduğu bildirilib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə deyib ki, bizim münasibətlərimiz adi qonşuluq və ya ticari tərəfdaşlıq münasibətləri deyil: “Əməkdaşlığımız sarsılmaz qardaşlığa, qarşılıqlı etimada və tarixə düşmüş uğurlara əsaslanır. Bu Forum “Bir millət, iki dövlət” şüarı ilə ortaq gələcəyimizi konkret layihələrə çevirdiyimiz strateji platformadır. Naxçıvanla, eləcə də Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstanı bir araya gətirən layihələri yalnız infrastruktur layihəsi kimi deyil, uzunmüddətli regional enerji əməkdaşlığının əsasını təşkil edən strateji addım kimi görürük.”
Forumda SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, BOTAŞ-ın baş direktoru Abdulvahit Fidan, TPAO-nun baş direktoru Cem Erdem və Türkiyə Elektrik Ötürmə Şirkətinin (TEİAŞ) baş direktoru Mustafa Pustu çıxış edib.
Yekunda “Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu” imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
17 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
5 d. əvvəl
AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
-
22 d. əvvəl
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi ®
- 38 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycan qazının Türkiyə və Avropaya tədarük həcmi açıqlandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
1 milyon manatlıq yeni istiqraz emissiyası – Faiz hər ay ödəniləcək, gəlirlilik 15%-dir
-
2 saat əvvəl
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Azərbaycan qazının Türkiyə və Avropaya tədarük həcmi açıqlandı
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
1 milyon manatlıq yeni istiqraz emissiyası – Faiz hər ay ödəniləcək, gəlirlilik 15%-dir
Ən çox oxunanlar
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!
Nazir özünə daha bir müşavir təyin etdi
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edilib - DOSYE
“Böyük bir banka” qarşı sanksiyalar elan ediləcək


























