Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
O qeyd edib ki, bu zaman 1, 3 və 10 misli hədləri müəyyən olunub.
X.İsmayılov deyib ki, ölkədə BOKT sektorunun milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsi müəyyən edilmiş qaydada AMB tərəfindən rüblük əsasda hesablanır və hər rübdən sonrakı ayın 30-na kimi Bankın rəsmi internet səhifəsində açıqlanır: "Belə ki, BOKT-nin öhdəliklərinin cəmi kapitalının 10 mislindən çox olmamalıdır. BOKT-nin kredit portfelinin 25-50 %-ni təşkil edən kreditlərin faktiki illik faiz dərəcələri BOKT sektorunda milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsinin 1,25 mislindən çox olduğu halda BOKT-nin öhdəliklərinin cəmi kapitalının 3 mislindən çox olmamalıdır. BOKT-nin kredit portfelinin 50 %-dən çox olan hissəsini təşkil edən kreditlərin faktiki illik faiz dərəcələri BOKT sektorunda milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsinin 1,25 mislindən çox olduğu halda BOKT-nin öhdəliklərinin cəmi kapitalının 1 mislindən çox olmamalıdır".
Onun sözlərinə görə, hazırda bu istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 %-dir: "Bu sahədə məqsəd isə cəlb olunan vəsaitin daha yüksək faizlərlə müştərilərə təqdim edilməsinin qarşısını almaqdır. Məsələn, BOKT-un portfelində kreditlərin faktiki faiz dərəcələri yuxarıda qeyd olunan hədlərdədirsə və kapitalı 5 milyon manatdırsa, onun öhdəlikləri 5 milyon və ya 15 milyon manat səviyyəsində olmalıdır. Lakin BOKT-un istehlak kreditləri üzrə faiz dərəcəsi açıqlanan istehlak kreditlərinin orta faiz dərəcəsinin 1,25 misli həddini keçmirsə, bu halda 10 mislinə qədər öhdəlik cəlb edə bilər".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























