Enerji xərclərini azaltmaq üçün 5%-lik kredit ®
"Unibank” 10 milyon manatadək krediti illik 5%-lə, 15 ilədək müddətə təklif edir. 1 000 manatdan 10 milyon manatadəkEvinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? “Unibank” enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələrə illik 5% faiz dərəcəsi ilə maliyyə dəstəyi ayırır.
Kredit şərtləri
- Kredit məbləği: 1 000 manatdan 10 000 000 manatadək
- İllik faiz dərəcəsi: 5%
- Kredit müddəti: layihənin həcmindən asılı olaraq 5 ildən 15 ilədək
- Güzəşt müddəti: 6 aydan 24 ayadək
Layihənin Enerji Effektivliyi Fondunun müəyyən etdiyi uyğunluq meyarlarına cavab verməsi əsas şərtlərdən biridir.
Kimlər bu krediti götürə bilər?
- fərdi yaşayış evlərinin mülkiyyətçiləri;
- fiziki və hüquqi şəxslər;
- mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri;
- kommersiya və xidmət obyektləri;
- sənaye və kənd təsərrüfatı subyektləri;
- enerji təchizatçıları.
Hansı layihələr maliyyələşdirilir?
Enerji istehlakının azaldılmasına, enerji itkilərinin minimuma endirilməsinə və resurslardan daha səmərəli istifadəyə xidmət edən layihələr maliyyələşdirməyə təqdim edilə bilər.
Bu layihələrə aşağıdakılar daxildir:
- istilik sistemlərinin modernləşdirilməsi;
- binaların istilik izolyasiyası;
- effektiv HVAC sistemlərinin tətbiqi;
- yüksək effektivli işıqlandırma sistemləri;
- enerji effektiv avadanlıq və cihazlar;
- istilik nasoslarının tətbiqi;
- ağıllı sayğac və enerji idarəetmə sistemləri;
- ağıllı bina idarəetmə sistemləri;
- ISO 50001 standartına uyğun enerji menecment sistemi;
- günəş kollektorları;
- bərpa olunan enerji mənbələri;
- off-grid bərpa olunan enerji sistemləri və s.
Unibank bu maliyyələşdirmə imkanı ilə müştərilərin enerji xərclərinin optimallaşdırılmasına, daha qənaətli texnologiyalara keçidinə və ölkədə dayanıqlı həllərin genişlənməsinə dəstək verməyi hədəfləyir.
Xatırladaq ki, “Unibank” KB ASC enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində Unibank müvəkkil kredit təşkilatı qismində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin təqdim edilməsini həyata keçirəcək.
Enerji effektivliyi layihənizi “Unibank”la həyata keçirin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















