Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
Dəmir yolu qaimələrinin rəqəmsallaşdırılması üzrə ekspert Orxan Namazov beynəlxalq seminarda diqqət mərkəzində – UNECE-dən yüksək qiymət. Bakıda keçirilən seminarda onun “SMGS dəmir yolu qaiməsinin rəqəmsal transformasiyası və pilot layihələr” mövzusunda təqdimatı maraqla qarşılanıb.7 sentyabr 2026-cı ildə Bakıda UNECE və TRACECA-nın birgə təşkilatçılığı ilə “Advancing the Multimodal Digital Trans-Caspian Corridor: Methodology and Next Steps” mövzusunda 22-ci Beynəlxalq Potensialın Gücləndirilməsi Seminarı keçirilib.
TRACECA-nın Bakı ofisində keçirilən seminarda region ölkələrinin dövlət qurumları, dəmir yolu administrasiyaları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Tədbirdə Trans-Xəzər nəqliyyat dəhlizi üzrə sənəd və məlumat mübadiləsinin rəqəmsallaşdırılması, eləcə də bu istiqamətdə həyata keçirilən pilot layihələr müzakirə olunub.
Açılış mərasimində TRACECA-nın Baş katibi Jasurbek Çoriyev, UNECE-nin regional müşaviri Mario Apostolov və digər çıxışçılar regionda rəqəmsal nəqliyyat dəhlizlərinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Sessiyada UNECE-nin elektron dəmir yolu qaimələrinin rəqəmsallaşdırılması üzrə eksperti Orxan Namazov “SMGS dəmir yolu qaiməsinin rəqəmsal transformasiyası və pilot layihələr” mövzusunda təqdimatla çıxış edib. O, kağız əsaslı sənədlərin beynəlxalq standartlara uyğun elektron formata keçirilməsi metodologiyası barədə məlumat verib. Qeyd edib ki, əsas məqsəd yeni sənəd formalarının yaradılması deyil, mövcud məlumatların vahid model əsasında strukturlaşdırılmasıdır. Orxan Namazov, kağız əsaslı nəqliyyat sənədlərinin BMT/CEFACT standartlarına uyğun elektron formata keçirilməsi, vahid məlumat modelinin tətbiqi və beynəlxalq məlumat mübadiləsinin avtomatlaşdırılması ilə bağlı görülən işləri də təqdim edib.
Orxan Namazov bildirib ki, rəqəmsal dəhliz mərkəzləşdirilməmiş (“decentralized”) arxitektura əsasında qurulur və hər bir ölkə məlumat mübadiləsini öz milli sistemləri vasitəsilə birbaşa, təhlükəsiz API əlaqələri üzərindən həyata keçirir. Bu yanaşma həm məlumat təhlükəsizliyini, həm də sistemlərarası inteqrasiyanı təmin edir.
Qeyd olunub ki, e-CIM/SMGS üzrə hazırlanmış rəqəmsal prototiplər artıq bir sıra ölkələrin dəmir yolu administrasiyalarında sınaqdan keçirilib və layihənin növbəti mərhələsində milli dəmir yolu, gömrük və “Bir Pəncərə” sistemlərinin inteqrasiyası nəzərdə tutulur.
Çıxışdan sonra iştirakçı ölkələrin nümayəndələri mövzu ilə bağlı suallar ünvanlayıb və tətbiq prosesinin qarşısında duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Seminar zamanı UNECE-nin regional müşaviri Mario Apostolov Orxan Namazovun fəaliyyətini xüsusi qeyd edərək onun yükdaşıma sənədlərinin elektronlaşdırılması sahəsində regionun aparıcı mütəxəssislərindən biri olduğunu bildirib. Apostolov vurğulayıb ki, rəqəmsallaşmanın sürətləndirilməsi üçün hər bir ölkədə beynəlxalq standartları bilən və onları praktikada tətbiq edə bilən mütəxəssislərin hazırlanması mühüm əhəmiyyət daşıyır.
Seminar çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin rəqəmsal transformasiyası üzrə növbəti addımlar və əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Orxan Namazov yük qaiməsinin elektronlaşdırılması üzrə regionda azsaylı mütəxəssislərdən biridir. O, kağız əsaslı sənədlərin beynəlxalq standartlara uyğun elektron formata keçirilməsi üzrə böyük təcrübəyə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
























