Fitch SOCAR-ın İtaliyadakı alışını müsbət qiymətləndirdi
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın “Italiana Petroli S.p.A.” (IP) şirkətinin alınmasını tamamlayıb.
Marja xəbər verir ki, bu barədə “Fitch Ratings”in SOCAR-la bağlı son qiymətləndirməsində bildirilib.
Agentliyin məlumatına görə, SOCAR sözügedən alışı öz pul vəsaiti hesabına maliyyələşdirib. “Fitch Ratings” əməliyyatı SOCAR üçün müsbət qiymətləndirib və bildirib ki, satınalma şirkətin beynəlxalq fəaliyyətinin şaxələndirilməsinə, eləcə də downstream – neft emalı və satış biznesində inteqrasiyasının güclənməsinə xidmət edir.
“Italiana Petroli”nin aktivlərinə İtaliyanın Ankona və Novara şəhərlərində yerləşən, ümumi illik emal gücü 10 milyon ton olan iki neft emalı zavodu daxildir.
Şirkətin İtaliya üzrə təxminən 4,5 min yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu şəbəkə vasitəsilə ildə təxminən 8,5 milyon ton yanacaq satılır.
Bundan əlavə, “Italiana Petroli”nin topdansatış yanacaq satışları 7,3 milyon ton təşkil edir və bu fəaliyyət şirkətin saxlama və logistika infrastrukturu ilə dəstəklənir.
“Fitch Ratings”in məlumatına görə, “Italiana Petroli” 616 milyon avro düzəliş edilmiş EBITDA və 395 milyon avro hesabat üzrə EBITDAR formalaşdırıb.
Agentlik hesab edir ki, bu alış SOCAR-ın beynəlxalq bazarlardakı mövqelərini genişləndirir və şirkətin emal, pərakəndə satış, logistika və yanacaq distribusiyası sahələrində mövcudluğunu gücləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















