Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
“Microsoft”un qurucusu Bill Gates (Bİl Qeyts) “Reuters” agentliyinə verdiyi xüsusi müsahibədə dünyada heç bir hökumətin süni intellektin cəmiyyətdə yaradacağı dərin dəyişikliklərə hazır olmadığını bildirərək ciddi xəbərdarlıqlar edib.
Marja xəbər verir ki, daha əvvəl süni intellektlə bağlı kifayət qədər nikbin mövqe nümayiş etdirən Gates bu dəfə iş yerlərinin itirilməsi, kiberhücumlar və süni intellekt əsaslı virtual dostlardan asılılıq kimi risklərə diqqət çəkib.
Gates süni intellektlə bağlı narahatlıqlarını bölüşmək məqsədilə ABŞ Prezidenti Donald Tramp və onun komandası da daxil olmaqla dünya liderləri ilə görüşdüyünü, bu ilin sonrakı dövründə isə Çin Prezidenti Si Cinpinlə görüşməyi planlaşdırdığını bildirib.
“Heç bir hökumətin bu məsələyə lazım olduğu qədər dərindən hazırlaşdığını düşünmürəm. Hökumətlər bu məsələdə çox geri qalıblar”, – Gates deyib.
Süni intellektin yaratdığı vəziyyəti fəlakət filmlərindəki ssenarilərlə müqayisə edən Gates bildirib:
“Yadplanetlilərin gəldiyi və ABŞ, Çin, eləcə də bütün dünyanın problemi həll etmək üçün möcüzəvi şəkildə bir araya gəldiyi çoxlu filmlər var. Süni intellekt də müəyyən mənada bu yadplanetli zəkaya bənzəyir. Artıq buradadır və yaxşı olardı ki, filmlərdəki kimi hərəkət edək”.
Mövcud narahatlıqlara baxmayaraq, Gates texnologiyanın düzgün idarə olunacağı və ona bərabər çıxış təmin ediləcəyi halda dünyanın ən yoxsul təbəqələrinə böyük fayda verə biləcəyini bildirib.
Bu çərçivədə Bill & Melinda Gates Fondu süni intellektə çıxış imkanlarını genişləndirmək məqsədilə qarşıdakı iki il ərzində ən azı 1 milyard dollar xərcləməyi planlaşdırır.
Fondun illik 9 milyard dollarlıq büdcəsinin bir hissəsi olan bu vəsait təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində çalışan tərəfdaşlara yönəldiləcək. Bundan başqa, böyük dil modellərinin dünyada danışılan bütün dillərdə işləməsinə imkan verəcək məlumat infrastrukturlarının inkişafı dəstəklənəcək.
Gates ön cəbhədə çalışan səhiyyə əməkdaşlarına dəstəkdən tutmuş yeni dərman və vaksinlərin hazırlanmasına qədər süni intellektin səhiyyə sahəsindəki potensialını “şişirtməyin çətin olduğunu” vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















