Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Azərbaycanda ən çox bu avtomobillər satışa çıxarılır – Siyahı açıqlandı. Avtomobillərin yaşı qiyməti hər il təxminən 6 faiz, mexaniki sürətlər qutusu isə 7,8 faiz aşağı salır aşağı salır.Avqust ayında Azərbaycan avtomobil bazarında qiymətlərin aşağı istiqamətdə zəif korreksiyası davam edib.
Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) Marja.az-a bildirilib ki, ikinci əl avtomobil bazarında kəskin ucuzlaşma müşahidə olunmayıb, qiymətlər əsasən sabitləşmə meyli göstərib.
AQP-nin hesablamalarına görə, avqust ayında bazarda avtomobillərin median təklif qiyməti 16800 manat, orta təklif qiyməti isə 23108 manat olub. Təklif olunan avtomobillərin median buraxılış ili 2011-ci il, median yürüşü isə 203 min kilometr təşkil edib.
Ümumi elan strukturunu nəzərə alan dəyişən struktur AQP avtomobil indeksi avqust ayında 97,1 səviyyəsində formalaşıb. Dekabr 2025-ci ilin 100 baza səviyyəsi kimi qəbul edildiyi indeks iyulda 98,3 olub. Beləliklə, indeks üzrə aylıq azalma 1,2 faiz təşkil edib.
AQP hesab edir ki, bazardakı qiymət dəyişimini yalnız median təklif qiymətinin dinamikası əsasında qiymətləndirmək düzgün deyil. Çünki aylıq bazar strukturunda təqdim olunan avtomobillərin marka, model, yaş, yürüş və digər xüsusiyyətləri dəyişir və bu amil ümumi median göstəriciyə təsir edə bilər.
Avtomobillərin struktur tərkibinin təsiri aradan qaldırılaraq müqayisə edilə bilən modellərin çəkiləri sabit saxlanıldıqda, sabit struktur indeksi iyuldakı 103,1 səviyyəsindən avqustda 102,5-ə enib. Bu hesablamaya əsasən, eyni tip avtomobillər üzrə faktiki aylıq qiymət azalması təxminən 0,6 faiz olub.
Beləliklə, avqustda qeydə alınan 1,2 faizlik ümumi median azalmanın yalnız bir hissəsi avtomobillərin faktiki ucuzlaşması ilə bağlıdır. Azalmanın digər hissəsi bazara çıxarılan avtomobillərin strukturunun dəyişməsi ilə izah olunur. Müqayisə edilə bilən kütləvi modellər üzrə qiymət dinamikası da bazarda genişmiqyaslı ucuzlaşmanın olmadığını göstərir.
AQP avtomobillərin bazar dəyərinin formalaşmasında yaş amilinin xüsusi əhəmiyyət daşıdığını qeyd edir. Palatanın tətbiq etdiyi hedonik qiymət modeli ən aktiv 120 marka-model üzrə 24 013 müşahidəni əhatə edib. Modeldə avtomobilin qiymətinə yaş, yürüş, marka-model, mühərrik həcmi və gücü, transmissiya, ötürücü sistemi, ban növü, texniki vəziyyət, eləcə də avtomobilin yeni və ya işlənmiş olması kimi amillərin təsiri ayrıca qiymətləndirilib. Modelin izahetmə qabiliyyəti R²=0,934 səviyyəsində olub.
Hesablamalar göstərir ki, digər xüsusiyyətlər sabit qaldıqda, avtomobilin yürüşünün hər əlavə 1 000 kilometr artması onun qiymətinə orta hesabla 0,026 faiz azaldıcı təsir göstərir. Median yaşı 15 il olan avtomobil üçün əlavə bir istismar ilinin marjinal qiymət təsiri isə təxminən mənfi 6 faiz qiymətləndirilib.
Transmissiya növü də qiymət fərqinin formalaşmasına təsir edən amillərdəndir. AQP-nin təhlilinə əsasən, mexaniki transmissiyalı avtomobillərdə avtomatik transmissiyalı analoqlarla müqayisədə təxminən 7,8 faizlik bazar diskontu müşahidə olunur Avtomobil yaşının qiymətə təsiri daha geniş düzəliş təhlilində də özünü göstərib.
2016-2018-ci illərdə istehsal olunmuş avtomobillər baza qrup kimi götürüldükdə, 2011–2015-ci il avtomobillərinin qiymət səviyyəsi təxminən 22,6 faiz, 2006-2010-cu illərdə istehsal olunan avtomobillərin qiymət səviyyəsi isə 43,1 faiz aşağı formalaşıb. 21 il və daha yaşlı avtomobillərdə qiymət fərqi 61,8 faizə qədər yüksəlib.
AQP bildirir ki, bu əmsalların müxtəlif avtomobil sinifləri üzrə mexaniki tətbiqi düzgün yanaşma deyil və qiymət müqayisəsi ilk növbədə eyni marka-model daxilində aparılmalıdır. Avtomobilin qəza tarixçəsi və texniki vəziyyəti də onun bazar dəyərinə əhəmiyyətli təsir göstərir. AQP-nin təhlilində digər parametrlər nəzərə alındıqdan sonra qəza keçirmiş və rənglənmiş avtomobillərdə təxminən 8,1 faizlik mənfi qiymət təsiri müəyyən edilib.
Daha ağır texniki vəziyyəti ifadə edən kateqoriyalarda qiymət fərqinin daha yüksək olması mümkündür. Palata hesab edir ki, avtomobilin bazar qiymətləndirilməsi zamanı yalnız buraxılış ili və yürüş göstəricilərinə əsaslanmaq kifayət deyil. Qəza tarixçəsi, təmirin keyfiyyəti, kuzovun vəziyyəti, transmissiya, komplektasiya və digər texniki xüsusiyyətlər də qiymətin müəyyənləşdirilməsi prosesində kompleks şəkildə nəzərə alınmalıdır.
Avqust ayında bazarda ən çox Mercedes markalı avtomobillər təklif olunub. Bu marka üzrə elanların sayı 5 555 olub. Hyundai 3 883 elanla ikinci, LADA (VAZ) 3 791 elanla üçüncü, Kia 2 834 elanla dördüncü, Chevrolet isə 2 064 elanla beşinci yerdə qərarlaşıb. Kütləvi modellər üzrə qiymət dəyişiklikləri də bazarda kəskin ucuzlaşmanın baş vermədiyini göstərir.
Avqust ayında LADA 2107 modelinin median qiyməti aylıq 1,8 faiz, Opel Astra 1,1 faiz, Hyundai Elantra 1,9 faiz, Kia Sorento isə 0,6 faiz azalıb. Ford Transit, Hyundai Sonata və Chevrolet Cruze modellərində median qiymət faktiki olaraq dəyişməyib. Hyundai Santa Fe modelində isə 0,4 faizlik artım qeydə alınıb.
AQP-nin qiymətləndirməsinə görə, 2026-cı ilin avqust ayında Azərbaycan avtomobil bazarında qiymətlərin aşağı istiqamətdə zəif korreksiyası davam edib və bazarda genişmiqyaslı ucuzlaşma müşahidə olunmayıb. Palata hesab edir ki, avtomobil bazarındakı real qiymət meylinin müəyyənləşdirilməsi üçün ümumi median göstərici ilə yanaşı, sabit struktur indeksi və hedonik qiymət modelinin nəticələri birlikdə nəzərə alınmalıdır.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri dövri əsasda açıqlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
9 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
9 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
9 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
10 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
























