200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Maliyyə Nazirliyinin 6%-lik istiqrazlarına böyük tələb. Maliyyə Nazirliyi 361,8 milyon manat cəlb edb.Azərbaycan Maliyyə Nazirliyinin 720 günlük kuponlu dövlət istiqrazlarının Bakı Fond Birjasında keçirilən hərracında 361 milyon 761,1 min manatlıq yerləşdirmə həyata keçirilib.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac 15 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında baş tutub.
İstiqrazların ilkin buraxılış həcmi 200 milyon manat təşkil edib. Hərrac zamanı investorlar tərəfindən ümumi nominal dəyəri 444 milyon 118,3 min manat olan 15 sifariş təqdim edilib.
Beləliklə, təqdim olunan sifarişlərin həcmi ilkin elan edilmiş buraxılış məbləğini 2,2 dəfədən çox üstələyib.
Hərracın nəticələrinə əsasən, 361 milyon 761,1 min manatlıq istiqraz yerləşdirilib. Emitent elanda nəzərdə tutulan yerləşdirmə həcminin 100%-dək artırılması imkanından istifadə edib.
İstiqrazların nominal dəyəri 100 manat, kupon faiz dərəcəsi isə illik 6% təşkil edir.
Hərracda minimal qiymət 96,3750 manat, maksimal qiymət 99,5737 manat olub. Kəsmə qiyməti 98,1634 manat, ortaçəkili qiymət isə 98,4073 manat səviyyəsində formalaşıb.
Ortaçəkili gəlirlilik 6,8658%, kəsmə qiyməti üzrə gəlirlilik isə 7% təşkil edib.
Hərracda 8 investor iştirak edib və ümumilikdə 15 sifariş təqdim olunub.
AZ0201240030 ISIN kodlu istiqrazların tədavül müddəti 720 gün, ödəniş tarixi isə 15 sentyabr 2028-ci ildir.
Buraxılış üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR


























