Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Pulların leqallaşdırılmasına qarşı tələblər pozulub. 3 şirkətlə bağlı cərimələr. “Azmaş lizinq” və vəzifəli şəxsinə 24 min manat cərimə. “Anex Lombard” və “TAHK” rəhbərliyinə də cərimə tətbiq olunub.Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı “Azmaş lizinq” MMC, “TAHK” MMC (Elit Lombard) və “Anex Lombard” MMC üzrə inzibati məsuliyyət tədbirləri görülüb.
Marja.az xəbər verir ki, “Azmaş lizinq” MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cərimələnib.
İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən “Azmaş lizinq” MMC-yə 21 min manat, şirkətin vəzifəli şəxsinə isə 3 min manat məbləğində cərimə tətbiq edilib.
Bundan başqa, eyni istiqamətdə qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “TAHK” MMC-nin vəzifəli şəxsi də inzibati məsuliyyətə cəlb olunub.
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən şirkətin vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.
AMB-nin cari nəzarət prosesləri çərçivəsində “Anex Lombard” MMC ilə bağlı da pozuntu aşkarlanıb.
Şirvan Şəhər Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “Anex Lombard” MMC-nin vəzifəli şəxsi 2 min manat məbləğində cərimələnib.
Beləliklə, açıqlanan üç hal üzrə ümumilikdə 28 min manat məbləğində inzibati cərimə tətbiq olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
15 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər





















