4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
“Mələyim”, “ALS Logistics Center”, “Baku Trans-2022”, İsmayılov İsmayıl və Quliyev Şirin qalib olublar.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Daşkəsən, Sumqayıt-Cəbrayıl, Gəncə-Balakən, Oğuz-Gəncə şəhərlərarası, eləcə də Ağcabədi şəhərində 1 və 2 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı-Daşkəsən marşrutu üzrə fiziki şəxs İsmayılov İsmayıl Qabil oğlu;
Sumqayıt-Cəbrayıl marşrutu üzrə fiziki şəxs Quliyev Şirin Həsən oğlu;
Gəncə-Balakən marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC;
Oğuz-Gəncə marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC;
Ağcabədi şəhərində 1nömrəli (Hacıbədəlli kəndi – Göyçə küçəsi (Mərkəzi Xəstəxana)) və 2 nömrəli (Xocavənd kəndi (Sadıq Hüseynov küçəsi) – Xan Şuşinski küçəsi) marşrutlar üzrə hüquqi şəxs "Baku Trans-2022" MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 14 d. əvvəl
-
31 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®


























